Accessibility links

Kimya üzrə Nobel mükafatına iki amerikalı və bir alman alim layiq görülüb


Amerikalı alimlər Erik Betziq və Uilyam Moerner və alman alim Stefan Hell super dəqiqlikli flürossens mikroskopiyanın inkişaf etdirilməsinə görə kimya üzrə 2014-cü il Nobel mükafatına layiq görülüblər.

İsveç Kral Elmlər Akademiyası açıqladığı bəyanatda üç alimin Nobel mükafatına layiq görüldüyünü elan edib. Bəyanatda Erik Betziq, Uilyam Moerner və Stefan Hellin novator araşdırmalarının nəticəsində optik mikroskopiyanın nano zərrəçik ölçülələrinə gətirildiyi deyilir.

Alimlər optik mikroskopiya yolu ilə hüceyləri molekulyar səviyyədə müşahidə edərək, ayrı-ayrı molekulların hərəkətini izləməyə nail olublar. Onların araşdırmaları nəticəsində beyində əsəb hüceyləri və Parkinson, Altshaymer və digər ciddi xəstəliklərin yaranmasına gətirib çıxaran proteinlərin hərəkətini görə biliblər.

Erik Betziq, Uilyam Moerner və Stefan Hellin araşdırmaları alimlərə bu prosesləri əvvəllər mümkün olmayan olduqca kiçik bir səviyyədə izləməsinə yol açır.

XS
SM
MD
LG