Accessibility links

2016-cı il İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb


Harvard Universitetindən Oliver Hart və Massaçusets Taxnologiya Universitetindən Bengt Holmstrom 2016-cı ilin İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Royal İsveç Elmlər Akademiyası bildirib ki, mükafat alimlərə "müqavilə nəzəriyyəsinə” töhfələrinə görə verilib. Akademiyanın bəyanatında deyilir ki, iqtisadçıların araşdırmaları real həyatda müqavilələr və instansiyaların yaxşı başa düşülməsi ilə yanaşı, müqavilələrin yazılmasında gizli məqamları anlamağa kömək edəcək.

Alimlər 924 min dollarlıq mükafatı bölüşəcəklər. Cütlük rəsmi olaraq mükafatı dekabr ayının 10-da Alfred Nobel-in ölümünün il dönümündə alacaqlar.

İqtisadiyyat üzrə Nobel Mükafatı İsveç Mərkəzi Bankı tərəfindən 1968-ci ildə qurulub.

Keçən həftə akademiya fizika, kimya, tibb və sülh mükafatının qaliblərini elan etmişdi.

Son mükafat ədəbiyyat sahəsində cümə axşamı günü təqdim ediləcək.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG