İsveç Akademiyası baş vermiş cinsi və maliyyə qalmaqalları səbəbindən 2018-ci il Ədəbiyyat üzrə Nobel mükafatını təqdim etməyəcək.
Akademiyadan bildirilib ki, 2018-ci ilin qalibi seçilmiş şəxsə Nobel mükafatı 2019-cu ildə təqdim ediləcək.
İsveç Akademiyasının katibi olan Anders Olssonun sözlərinə görə, növbəti mükafatın qalibə təqdim olunması üçün insanların bu quruma olan ictimai inamını geri qaytarmaq lazımdır.
Akademiya üzvü, şair Katarina Frostensonun həyat yoldaşı, məşhur fransız fotoqraf Jan-Klod Arnaultla əlaqəli istismar qalmaqalı ilə bağlı yaranmış müzakirələr qurumda böyük fikir ayrılıqlarına səbəb olub.
İsveç Akademiyasının 18 üzvü ömürlük vəzifəyə gətirilir.