Accessibility links

2024-cü il Nobel Sülh Mükafatı Yaponiyanın "Nihon Hidankyo" təşkilatına verilib


2024-cü il Nobel Sülh Mükafatı Yaponiyanın nüvə silahlarından azad bir dünya yaratmaq üçün çalışan Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların kütləvi hərəkatı "Nihon Hidankyo" təşkilatına verilib.

Mükafat cümə günü Norveçin paytaxtı Osloda keçirilən mətbuat konfransında Norveç Nobel Komitəsinin sədri Yorgen Vatne Fridnes tərəfindən elan edilib. O, qrupun sülh mükafatını "şahid ifadələri ilə nüvə silahının bir daha heç vaxt istifadə edilməməsinin gərək olduğunu nümayiş etdirdiyi" üçün aldığını deyib.

1945-ci ildə Yaponiyaya ABŞ-ın atdığı iki bomba ilkin olaraq təxminən 120 min insanın həyatına son qoyub və təxminən eyni sayda insan sonradan yanıqlar və radiasiya təsirlərindən ölüb. 650 minə yaxın insan sağ qalıb ki, onlar Yaponiyada "Hibakuşa" kimi tanınır.

Nobel Komitəsinin bəyanatına görə, sağ qalanların taleyi gizlədilib və onlara məhəl qoyulmayıb. 1956-cı ildə yerli "Hibakuşa" birlikləri Sakit okeanda nüvə silahı sınaqlarının qurbanları ilə birlikdə yapon dilində Nihon Hidankyo kimi tanınan təşkilatı yaratmaq üçün bir araya gəlib.

Bəyanatda deyilib ki, kütləvi hərəkat tezliklə Yaponiyada ən böyük və ən geniş şəkildə təmsil olunan "Hibakuşa" təşkilatına çevrilib. Onun iki əsas məqsədi var: Yaponiyadan kənarda yaşayanlar da daxil olmaqla, bütün hibakuşaların sosial və iqtisadi hüquqlarını təşviq etmək və heç kimin bir daha nüvə silahına məruz qalmamasını təmin etmək.

Ədəbiyyat, tibb, fizika və kimya üzrə mükafatlar bu həftənin əvvəlində elan edilib. İqtisadiyyat üzrə Nobel mükafatı bazar ertəsi elan ediləcək.

Sülh mükafatı rəsmi olaraq dekabrın 10-da Osloda keçiriləcək mərasimdə, qalan mükafatlar isə həmin gün Stokholmda təqdim olunacaq.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG