2013-cü ilin Nobel Sülh mükafatı hazırda Suriyada kimyəvi silahların məhvi ilə məşğul olan Kimyəvi Silahları Qadağan edən Təşkilata verilib.
Nobel Komitəsi bu təşkilatın kimyəvi silahların məhvi sahəsində əvəzsiz rol oynadığını və Suriyada kimyəvi silahlardan mülki əhaliyə qarşı istifadə edilməsinin bu kimi silahların məhvini labüd etdiyini bildirib.
Kimyəvi silahlardan istifadə etdiyini etiraf edən Suriya Kimyəvi Silahları Qadağan edən Təşkilata üzv olacağını bəyan edib.
Haaqada yerləşən təşkilat 1997-ci ildə təsis edilib və üzv ölkələr tərəfindən maliyyələşdirilir. 500 işçisi olan qurumun hazırda 100 milyon dollarlıq büdcəsi var.