Accessibility links

Tibb üzrə Nobel mükafatı qalibləri bəlli oldu


Fiziologiya və ya tibb üzrə 2019-cu il Nobel mükafatı alimlər Villiam Kaelin, Piter Ratklif və Qreq Semenzaya verilib.

Nobel Komitəsinin katibi Tomas Perlman Karolinska İnstitutundakı Məclisin "hüceyrələrin necə hiss etdikləri və oksigen istifadəsinə necə uyğunlaşdıqları" kəşflərinə görə üçlüyə 2019-cu il Nobel Mükafatını verməyə qərar verdiklərini söyləyib.

Qreq Semenza 1956-cı ildə Nyu Yorkda anadan olub. Təhsilini hələ də işlədiyi Baltimordakı Cons Hopkins Universitetində alıb. Ser Piter Ratklif 1954-cü ildə İngiltərənin Lankaşir şəhərində anadan olub. O, təhsil aldığı Oksford Universitetində araşdırmalarını davam etdirir və Londondakı Fransis Krik İnstitutunda da işləyir. Vilyam Kaelin 1957-ci ildə Nyu-Yorkda anadan olub", Nobel Kmitəsinin sədri Tomas Perlman deyib.

Onlar oksigen səviyyəsindəki dəyişikliklərə cavab olaraq gen fəaliyyətini tənzimləyən molekulyar mexanizm əldə edib. Bu, vəhşi təbiətdə əsas uyğunlaşma proseslərindən biridir. Tədqiqatlar hüceyrə mübadiləsi və fizioloji funksiyaların oksigen çatışmazlığı ilə necə dəyişdiyini anlamağa kömək edib, eyni zamanda anemiya, xərçəng və digər xəstəliklərə qarşı mübarizədə yeni yanaşmalara yol açıb.

Bu, 1901-ci ildən bəri verilən tibb kateqoriyasında 110-cu mükafatdır.

Kaelin, Semenza və Ratklif 918 min dollarlıq pul mükafatını paylaşacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG