Accessibility links

Rusiyanın Şimal Axını 2 boru kəmərinin Avropa üçün əhəmiyyəti nədir?


ABŞ Prezidenti Co Bayden Rusiya Ukraynanı işğal etdiyi təqdirdə Şimal Axını 2 təbii qaz boru kəmərini blok etməklə hədələyib.

Dənizaltı boru kəməri Rusiya qazını Almaniya vasitəsilə birbaşa Avropaya çatdırır və tiktintisi başa çatsa da, hələ ki, fəaliyyət göstərmir. Boru kəməri Qərb hökumətləri Rusiyanı qonşusuna hücum etməkdən yayındırmağa çalışdığı bir vaxt əsas hədəfə çevrilib.

Boru kəməri keçmişdə də layihəyə etiraz edən ABŞ ilə Almaniya arasında gərginliyə səbəb olub. Kansler Olaf Şoltz deyib ki, bütün seçimlər nəzərdən keçirilir, lakin o, Vaşinqtonda Baydenlə mətbuat konfransı zamanı Şimal Axını 2-ni xüsusi vurğulamaqdan çəkinib.

Bayden bazar ertəsi deyib ki, Rusiya tankları Ukraynaya daxil olsa “artıq Şimal Axını 2 olmayacaq.” Şoltz Rusiyanı deeskalasiya etməyə məcbur etmək üçün sanksiyalarla bağlı bəzi qeyri-müəyyənlilər saxlamağın lazım olduğunu vurğulayıb.

Boru kəməri ilə bağlı bilməli olduğumuz əsas məqamlar:

Şimal Axını 2 nədir?

Baltika dənizinin altından Rusiyadan Almaniyanın Baltikyanı sahilinə qədər uzanan 1230 kilometr uzunluğunda təbii qaz boru kəməri.

Bu, bir öncəki Şimal Axını boru kəmərinin illik həcmini 110 milyard kub metrə qədər artıracaq və Ukrayna ilə Polşanı yan keçəcək. Bu səbəblə də onlar tranzit ödənişlərini itirəcəklər. Onlar həmçinin bu layihənin Rusiyanın Avropa üzərindəki gücünü artıracağını deyirlər.

Boru kəməri qazla doldurulsa da, fəaliyyət göstərmir, çünki hələ ki, Almaniyanın kommunal xidmətlər üzrə tənzimləyiciləri və Avropa Komissiyası tərəfindən təsdiq olunmayıb.

Rusiya boru kəmərini nə üçün istəyir?

Dövlətə məxsus istehsalçı Qazprom deyir ki, boru kəməri, Avropanın münasib qiymətə təbii qaza artan ehtiyacını qarşılayacak və Belarus və Ukrayna ərazisindən keçən mövcud boru kəmərlərini tamamlayacaq.

Avropa qazının çoxunu idxal edil və idxalın da təxminən 40 faizi Rusiyadan gəlir. Şimal Axını 2 Ukraynanın köhnələn isteminə və alternativ və Ukryana və Polşaya ödənən tranzit haqlarını ödəməyərək daha aşağı qiymət təklif edir. BU həmçinin 2006 və 2009-cu illərdə Rusiya ilə Ukrayna arasında qiymət və ödənişlə bağlı mübahisələr səbəbilə yaranan qısa qaz kəsintilərinin qarşısını almış olacaq.

Bayden nə üçün boru kəmərinə qarşı çıxır?

ABŞ və Avropadakı NATO müttəfiqləri, o cümlədən Polşa, həmçinin Ukrayna layihəyə Bayden admnistrasiyasından öncə etiraz ediblər. Onlar bunun Rusiyaya qazdan geosiyasi silah kimi istifadə etmək imkanı verir.

Bayden Almaniyanın qazdan silah kimi istifadə etdiyi və ya Ukraynaya hücum etdiyi təqdirdə Rusiyaya qarşı tədbir görməyə razılaşması müqabilibində boru kəmərinin tikintisi başa çatmağa yaxın olduğu zaman onun operatoruna qarşı sanksiyaları aradan qaldırmışdı. Lakin ABŞ hələ də Şimal Axını 2-nin yaxşı bir ideya olmadığını düşünür.

Bu arada isə dekbar ayında Almaniyada sükanı ələ keçirən Şoltz Angela Merkelin maliyyə naziri ikən layihəni dəstəkləyib. Eynilə onun mənsub olduğu Demokratik Partiya da layihəyə dəstəyini bildirib.

Şoltz xüsusi olaraq Şimal Axını 2-yə istinad etməsə də, deyib ki, Rusiya “ağır nəticələrlə üzləşəcək” və sanksiyalar vaxtından əvvəl hazır olmalıdır.

Bayden Şimal Axını 2-ni necə blok edə bilər?

ABŞ ağır maliyyə sanksiyaları tətbiq edə - boru kəməri ilə iş görən hər kəsi və ya hər hansı şirkəti cəzalandıra bilər və bununla da banklar və biznesləri qorxuda və beləcə boru kəmərinin fəaliyyət göstərməsini qeyri-mümkün edə bilər.

Bayden bu yolda irəliləyib-irəliləməyəcəyini bildirməyib. Bazar ertəsi ABŞ-ın Almaniyanın nzarəti altında olan bir şeyi necə qarşısını alacağına dair suala cavab olaraq Bayden deyib ki, “Sizə söz verirəm ki, biz bunu edə biləcəyik.” Şoltz isə əlavə edib ki, “Əmin ola bilərsiniz ki, bizim fərqli yanaşdığımız heç bir tədbir görülməyəcək. Biz bir yerdə hərəkət edəcəyik.”

Konqresdə - çox nadir hallarda razılaşan - Respublikaçılar və Demokratlar uzun zamandır Rusiyaya Avropa üzərində güc verdiyi üçün Şimal Axınına qarşı çıxırlar. Onlar aylardır Şimal Axını 2-yə sanksiyanı indi və ya yalnız Rusiya Ukraynanı işğal etdiyi təqdirdə tətbiq etməklə bağlı fikir ayrılığı yaşayırlar. Qanun layihəsini dəstəkləyənlər hansı güzəştlər üzərində işlədiklərini deməyi rədd edib.

Almaniyada boru kəmərini təsdiq etmə prosesi siyasi deyil, tamamilə qanuni bir qərar olaraq təqdim edilir ki, bu da Rusiyanın hücumu halında hansı mexanizmdən istifadə ediləcəyinə dair suallar qaldırır. Avropada 2014-c ildə Ukraynanın Krım yarımadasını ilhaq etdiyinə görə Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqı səviyyəsində razılaşdırılmışdı.

Şimal Axını 2 Avropanın təbii qaz böhranına yardım edəcəkmi?

Dərhal və birbaşa olaraq etməyəcək. Tənzimləyicilər onu hələ bir neçə ay təsdiq etməyəcəkləri üçün, boru kəməri bu qış qitə qaz çatışmazlığı ilə üzləşdiyi bir vaxt istilik və elektrik ehtiyaclarını qarşılamağa yardım edə bilməz. Qazprom, istəsə, mövcud boru kəmərləri vasitəsilə əlavə qaz göndərə bilər.

Qış havası Rusiya və qazla bağlı narahatlıqların artmasına səbəb olmağa davam edir. Rusiya Prezidenti Vladimir Putin deyib ki, qaz çatışmazlığı Şimal Axını 2-nin tez bir zamanda təsdiq olunmasına ehtiyacı vurğulayır. Rusiya qısa-müddətli qaz satışlarını dayandırıb - baxmayaraq ki, avropalı müştəriləri ilə uzun-müddətli müqavilələrini həyata keçirib – və Avropadakı yeraltı anbarını doldurmayıb.

Bəzi təhlilçilər deyir ki, Rusiya ilk öncə öz qış ehtiyatlarını qarşılamalı idi və Qazprom etibarlı uzun-müddətli təchizatçı rolunu vurğulayıb. Motivasiyasında asılı olmayaraq, Putinin şərhləri Rusiyanın qazdan siyasi güc üçün istifadə etmək niyyətində olduğuna dair narahatlıqları aradan qaldırmağa kömək etməyib.

Rusiya qazın "boss"udurmu?

Belə demək məsələni sadələşdirmək olar. Avropanın Rusiyanın qazına ehtiyacı olsa da, Qazprom da Rusiyanın dövlət büdcəsini dətəkləmək üçün satışlar üçün Avropa bazarından asılıdır. Bundan əlavə Avropa İttifaqı son illərdə Qazpromu anti-inhisar qaydalarının çoxuna əməl etməyə məcbur edə bilib.

Bu qarşılıqlı asılılıq səbəbilə də bir çoxları düşünür ki, Rusiya Ukraynadakı münaqişə eksalasiya etsə belə, Avropaya qazı kəsməyəcək və Rusiya rəsmiləri bunu etmək niyyətində olmadıqlarını vurğulayıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG