Accessibility links

Şimali Koreya daha bir qısamənzilli raket sınağı keçirib


Cənubi Koreya hərbçilərinin bildirdiyinə görə, Şimali Koreya son iki həftə ərzində dördüncü raket sınağını keçirib.

Seul rəsmiləri Pxenyanın avqustun 6-ı dənizə iki qısa mənzilli ballistik raket buraxdığını bildirib. Onların bildirdiyinə görə, bu raketlər Şimali Koreyanın iyulun 25-i sınaqdan keçirdiyi raketlərlə oxşardır. Raketlər 450 km. məsafə qət edib.

Təhlilçilərin fikrincə, bu o deməkdir ki, Cənubi Koreya bu silahların diapazonunda yerləşir və raketlərin haradan atıldığını müəyyən etməyi çətinləşdirir.

Bu, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında iyun ayında görüşdən sonra buraxılan bir sıra raketlərdən souncusudur.

Donald Tramp raket sınaqlarını əhəmiyyətsiz qoyaraq, bunun demilitarizasiya zonasında Kimlə əldə etdiyi heç bir razılığın pozulması olmadığını bildirib.

Lakin Şimalın nüvəsizləşdirilməsi ətrafında danışıqlar hələ davam etdirilməyib. Şimali Koreya həmçinin ABŞ və Cənubi Koreya arasında avqustun 5-də başlanan birgə təlimlərin Trampın Kimə verdiyi vədi ilə ziddiyyət təşkil etdiyini bildirib.

Pxenyan hökumətii sözçüsü dövlət mediasında təlimlərin davam etdirildiyi təqdirdə Şimalın `yeni yol` axtaracağını deyib.

Ötən həftə Tramp Tvitterdə yazıb ki, Kimin "dostu Trampı məyus etmək istəmədiyindən doğru addım atacaq!"

Lakin BMT-ın avqustun 5-i açıqladığı hesabatında Pxenyanın hərbi silahları müasirləşdirdiyi və bunun maliyyələşdirilməsi üçün iki milyard dollar əldə etmək məqsədilə kiber hücumlardan istifadə etdiyi bildirilib.

XS
SM
MD
LG