Şimali Koreya ölkəyə qarşı cinayət törətdiyinə görə amerikalı kollec tələbəsinə qarşı 15 il ağır islah rejimli həbs qərarı çıxarıb.
Yanvar ayında turist qrupu ilə Şimali Koreyaya səfər edən Otto Varmbier ölkəni tərk etməyə çalışarkən həbs edilib. Ötən ay Pxenyanda bir qrup xarici və yerli müxbirlər qarşısına çıxarılan 21 yaşlı Virciniya universitetinin tələbəsi qaldıqları mehmanxanada siyasi şüar yazılmış plakatı yalnız işçilərin girə bildiyi yerdən çıxardığını etiraf edib.
Varmbier deyib ki, anasının dostu ona plakat qarşılığında 10 min dollar dəyərində avtomobil təklif edib. O, plakatı kilsəsində nümayiş etdirmək üçün istəyib. Qadın deyib ki, plakatı oğurlayarkən o tutulsa, Varmbierin anasına 200 min dollar pul verəcək.
Şimali Koreya tez-tez amerikalılar və digər xarici ölkələrin nümayəndələrini saxta ittihamlarla həbs edir.
Xarici məhbuslar bir qayda olaraq xarici jurnalistlər qarşısına çıxarılaraq diktator rejimə qarşı cinayəti törətdikləri etiraf edilən bəyanat oxuyur.