Accessibility links

Şimali Koreya raket sınaqlarını davam etdirir


Şimali Koreyanın bazar ertəsi səhər iki qısamənzilli ballistik raket atmasından az sonra aydın olub ki, bu, ABŞ-la Cənubi Koreyanın bir gün əvvəl "B-1B" strateji bombardmançı və "F-35" qırıcıları ilə birgə keçirdiyi hava təlimlərinə cavabdır.

Koreyanın rəsmi Mərkəzi Xəbər Agentliyinin açıqlamasında deyilib ki, qərb cəbhəsindəki təlimlər zamanı atlan 600 millimetrlik iki raket şərqdəki 395 kilometr və 337 kilometrlik hədəflərə yönəlib.

Cənubi Koreyanın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi Şimali Koreyanın paytaxt Pxenyanın şimalındakı Sukçon bölgəsindən Koreya yarımadasının şərqindəki sulara səhər saat 7-dən 7:11-ə qədər iki qısamənzilli ballistik raket atdığını bildirib.

Seul ordusunun qeyd etdiyi kimi, silahların uçuş məsafəsi 390 kilometrə qədərdir. Nəzəri olaraq fərqli bucaqdan Cənubi Koreyadakı bir neçə hava bazasını, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinin Osan və Kunsandakı bazalarını əhatə edə bilər.

Şimali Koreya keçən həftə keçirilən hərbi paradda qitələrarası balistik raketlərini nümayiş etdirdikdən sonra ilk qitələrarası ballistik raketini havaya atıb. Tokionun məlumatına görə, yüksək trayektoriya ilə uçan raket Yaponiyanın eksklüziv iqtisadi zonasına düşüb.

Yaponiya Müdafiə Nazirliyi silahın "qitələrarası balistik raket sinifində" bir raket kimi xarakterizə edib və onun yerli vaxtla 18:27-də Hokkaido prefekturasının Oşima-Oşima adasından 200 kilometr qərbində suya düşməsindən öncə bir saatdan çox hərəkət etdiyini bildirib. Kyodo News məlumat verib ki, Tokio hökuməti Pekindəki səfirliyi vasitəsilə Pxenyanya rəsmi etiraz edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG