Accessibility links

Şimali Koreya daha iki qısamənzilli ballistik raketini sınaqdan keçirib


Cənubi Koreya ordusunun verdiyi məlumata görə, Şimali Koreya bazar ertəsi iki qısamənzilli ballistik raket sınaqdan keçirib ki, bu, son bir ayda dördüncü sınaq olub.

Yaponiya hökuməti də öz növbəsində sınağı qınayıb. Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno raket buraxılışını regionun sülh və təhlükəsizliyinə təhdid olduğunu deyib.

İki həftədən az müddətdə nüvə silahına malik olan Şimali Koreya daha üç raket sınağı keçirib. Onlardan ikisi yüksək sürət və buraxılışdan sonra manevr edə bilən tək "hipersəsli raketlər", sonuncusu isə cümə günü qatar vaqonlarından atılan bir cüt qısamənzilli ballistik (SRBM) raketlər olub.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinin bəyanatında bazar ertəsi sınaqdan keçirilən iki SRBM raketinin Pxenyandakı Sunan aerodromundan şərqə doğru atıldığı bildirilib.

Şimali Koreya 2017-ci ildə Hwasong-12 ortamənzilli ballistik raketini (IRBM) sınaqdan keçirmək üçün hava limanından istifadə etmişdi.

Birləşmiş Ştatlar Şimali Koreyanın sınaqlarını daha sərt şəkildə pisləyib. ABŞ prezidenti Co Bayden administrasiyası çərşənbə günü Pxenyana qarşı ilk yeni sanksiyalarını tətbiq edib və BMT Təhlükəsizlik Şurasını Şimali Koreyadan bir neçə şəxsi və qurumu qara siyahıya salmağa çağırıb.

Keçən cümə axşamı verdiyi müsahibədə ABŞ dövlət katibi Antoni Blinken Şimali Koreyanın sınaqlarının “sabitliyi dərindən pozduğunu” və qismən “diqqət çəkmək” məqsədi daşıdığını deyib.

Cümə günü Şimali Koreyanın Xarici İşlər Nazirliyi Vaşinqtonu tənqid atəşinə tutaraq, birtərəfli sanksiyalar tətbiq etməklə ABŞ-ı “vəziyyəti qəsdən gərginləşdirməkdə” ittiham edib.

Yaponiyanın Baş nazir Fumio Kişidə keçən həftə deyib ki, sınaqlar “son dərəcə təəssüf doğurur.” Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası da “dərin təəssüfünü” ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG