Şimali Koreya ötən həftə gecə saatlarında keçirilən hərbi paradda qitələrarası balistik raketlərini nümayiş etdirdikdən sonra ilk qitələrarası ballistik raketini havaya atıb. Tokionun məlumatına görə, yüksək trayektoriya ilə uçan raket Yaponiyanın eksklüziv iqtisadi zonasına düşüb.
Yaponiya Müdafiə Nazirliyi silahın “qitələrarası balistik raket sinifində” bir raket olaraq xarakterizə edib və onun yerli vaxtla 18:27-də Hokkaido prefekturasının Oşima-Oşima adasından 200 kilometr qərbində suya çırpılmadan öncə bir saatdan çox hərəkət etdiyini bildirib. Kyodo News məlumat verir ki, Tokio hökuməti Pekindəki səfirliyi vasitəsilə Pxenyanya rəsmi etiraz edib.
Yaponiya baş naziri Fumio Kişida rəsmi iqamətgahından raketin atılmasını “beynəlxalq ictimaiyyətə qarşı təxribatları gücləndirən biabırçı hərəkət” adlandıraraq qınayıb.
Tokio bildirib ki, bu dəfə nüvə silahı olan ölkənin raketi 5700 kilometr yüksəklikdə 900 kilometr məsafə uçub və əlavə edib ki, onun 14.000 kilometrlik normallaşdırılmış trayektoriya ilə ABŞ-a çatmaq qabiliyyətinə malikdir.
Qitələrarası balistik raketin çatdığı ən yüksək hündürlük Şimali Koreyanın ən uzun uçan “monstr raketi” sınaqdan keçirildiyi zaman qət etdiyi yüksəkliyə yaxın olub. Noyabrın 18-də sınaqdan keçirilən Hwasong-17 raketi 6 min kilometr yüksəkliyə çıxış və 1000 kilomet məsafə qət edib.
Yaponiyanın Nazirlər Kabinetinin başçısı Hirokazu Matsuno həmçinin Pxenyanın nüvə sınaqlarını bərpa etmək də daxil olmaqla, təxribatçı hərəkətlərini davam etdirə biləcəyinə dair narahatlıqları dilə gətirib.
Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası şənbə günü fövqəladə iclasdan sonra yaydığı bəyanatda uzunmənzilli balistik raketin atılmasını “BMT Təhlükəsizlik Şurası qətnamələrinin kobud pozuntusu adlandırıb.”
O həmçinin Pxenyanın öz xalqının acından ölməsi bahasına genişmiqyaslı hərbi paradlar, nüvə və raket inkişafına “yapışmasını” tənqid edib. Seul vurğulayıb ki, Şimali Koreyanın bu cür təxribatlardan qazanacağı yalnız beynəlxalq ictimaiyyətin sərt iqtisadi sanksiyalardır.
Seul ordusunun məlumatına görə, uzun-mənzilli balistik raket yerli vaxtla axşam saat 5:22-də paytaxt Pxenyan yaxınlığında Sunan ərazisindən havaya atılıb.
Şənbə günü raketin buraxılması Şimali Koreya Xarici İşlər Nazirliyinin cümə günü ABŞ-ın planlaşdırdığı əməllərə, o cümlədən iddiasına görə, Cənubi Koreya ilə bu il 20 birgə hərbi təlimlərin Koreya Yarımadasını “ciddi artan gərginlik girdabına” salacağı ilə bağlı xəbərdarlıq etməsindən sonraya təsadüf edib.
Nazirlik həmçinin Dövlət Koreya Mərkəzi Xəbər Agentliyində yayımlanan bəyanatında Vaşinqtonu “[Şimali Koreyanın] özünümüdafiə hüququ ilə bağlı problemi müzakirə etmək üçün “məcburi şəkildə” Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasının keçirilməsinə çağırış etdiyinə” görə tənqid edib.
Təhlükəsizlik Şurası Şimali Koreyanı və nüvə silahlarının yayılmasının qarşısını almağı müzakirə etmək üçün cümə axşamı Nyu Yorkda bağlı qapılar arxasında görüş keçirib.