Accessibility links

Şimali Koreyada həbs edilmiş tələbə azad edilib


Cənubi Koreyalı Co Vun-Mun 6 ay əvvəl sərhədi qanunsuz keçərkən həbs edilmişdi

Şimali Koreyanın bildirdiyinə görə, təxminən 6 ay əvvəl sərhədi icazəsiz keçdiyinə görə həbs edilən Birləşmiş Ştatlarda daimi yaşayış icazəsi olan Çənubi Koreya universitetinin tələbəsi azad edilib.

Cənubi Koreyanın Yunifikasiya Nazirliyi 21 yaşlı Co Vun-Munun sərhəd Panmuncom kəndindən öz vətəninə göndərildiyini bildirib.

Keçən ay xarici müxbirlərin qarşısına çıxarılan Co Vun-Mun belə görünür əvvəlcədən hazırlanmış rəsmi sənədi oxuyaraq, özünü günahkar tanıyıb və ona göstərilən yaxşı münasibətə görə Şimali Koreya hökumətindən razılığını bildirib. Şimali Koreya da Co Vun-Mun tərəfindən yazılan bəyanatı təqdim edib.

Rəsmi xəbər agentliyi Conun aprel ayının 22-də Çinin sərhəd Dandonq şəhərindən keçərkən həbs edildiyi haqda məlumat verib.

XS
SM
MD
LG