Accessibility links

Şimali Koreya yenidən raket sınaqdan keçirərək bir aydakı rekordunu qırıb


Cənubi Koreyanın verdiyi məlumata görə, Şimali Koreya cümə axşamı iki balistik raketi sınaqdan keçirib.

Cənubi Koreya ordusu bildirib ki, Şimali Koreya yerli vaxtla səhər saat 8-də şərq sahilindən dənizə doğru havaya iki qısa-mənzilli olduğu güman edilən raket buraxıb.

Ordu raketlərin Şimali Koreyanın şərq sahilində yerləşən Hamhunq şəhəri yaxınlığından havaya buraxıldığını və 20 kilometr hündürlükdə təxminən 190 kilomet məsafə qət etdiyini bildirib.

Şimali Koreya bu ay altı dəfə sınaq keçirib və dənizə azı 10 raket buraxıb. Təhlilçilərin sözlərinə görə, bu, Şimali Koreyanın bir ay ərzində sınaqdan keçirdiyi ən böyük raket sayıdır.

Belə görünür ki, raket sınaqlarının bir məqsədi Şimali Koreyanı nüvə danışıqlarını bərpa etməyə çağıran Birləşmiş Ştatlar və Cənubi Koreyaya təzyiq göstərməkdir.

ABŞ Dövlət Katibinin Yaponiya və Koreya üzrə müavin yardımçısı Mark Lamber çərşənbə günü bildirib ki, Birləşmiş Ştatlar Şimali Koreya ilə “hər şeylə danışar” və “hər yerə gedər”

“Biz Şimali Koreyanın nüvəsizləşməsi ilə bağlı ciddi müzakirə aparmalıyıq və əgər Şimaki Koreya bunu etmək niyyətindədirsə, hər cür vədlər oluna bilər,” Lamber Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin keçirdiyi onlayn tədbirdə bildirib.

Şimali Koreya danışıq aparmağı rədd edib və Birləşmiş Ştatların ilk öncə hərbi və iqtisadi güzəştlərə getməli olduğunu bildirib.

Şimali Koreyanın raket sınaqlarının arxasında başqa məqsədlər ola bilər. Buna lider Kim Conq Una ölkədaxili siyasi dəstəyi artırmaq, yeni silahların performansını test etmək və çəkindirmə qabiliyyətini nümayiş etdirmək daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG