Accessibility links

Şimali Koreya raket sınaqdan keçirdiyini təsdiq edib


Şimali Koreya çərşənbə axşamı bildirib ki, bir gün öncə iki taktiki idarə olunan raketini sınaqdan keçirib və sınağın məqsədi silah sisteminin dəqiqliyini yoxlamaq olub.

Cənubi Koreya raketlərin qısa-mənzilli balistik raket adlandırıb. Onlar Pxenyanın İrləşmiş Ştatların danışıq təklifini rədd edərək, hərbi gücünü artırdığı bir vaxt, Şimali Koreyanın bu ay sınaqdan keçirdiyi artıq dördüncü silahdır.

Pxenyan beynəlxalq sanksiyalara baxmayaraq bu il hipersonik raketlər daxil olmaqla bir sıra silahları sınaqdan keçirib. Ölkə lideri Kim Conq Un ordunu gücləndirmək məqsədinə çatmağa çalışır.

Özü özünə tətbiq etdiyi koronavirus blokadası səbəbilə iqtisadi baxımdan əziyyət çəkən Şimali Koreya Vaşinqtonun danışıq təklifinə cavab verməyib, eyni zamanda silah sınaqlarını artırıb və onun qarşısını almaq cəhdlərinə “güclə və qəti” cavab verməyə söz verib.

Sınaqlar Şimali Koreyanın əsas müttəfiqi olan Çin gələn ay Qış Olimpiya Oyunlarına ev sahibliyi etməyə, Cənubi Koreya mart ayında prezident seçkisinə hazırlaşdığı bir vaxta təsadüf edib.

Dövlət KCNA xəbər agentliyi çərşənbə axşamı bildirib ki, “Koreya Xalq Demokratik Respublikasının qərb hissəsində sınaqdan keçirilən iki taktiki idarə olunan raket Koreya Şərq Dənizində hədəf adanı dəqiq vurub.”

“Müdafiə Elmələri Akademiyası istehsal olunan silah sisteminin dəqiqliyi, təhlükəsizliyi və effektivliyini təsdiq edib,” KCNA deyib.

Bu ən son sınaq barədə ilk Cənubi Koreya ordusunun birgə qərargahlar rəisi habelə Yaponiya məlumat verib.

Birləşmiş Ştatlar cavab olaraq bazar ertəsi Şimali Koreyanı “qanunsuz və sabitliyi pozan fəaliyyətlərini dayandırmağa” çağırıb.

Dövlət Departamenti bildirib ki, ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sunq Kim Cənubi Koreya və Yaponiya rəsmiləri ilə telefon söhbətində raket sınaqları ilə bağlı “narahatlığını ifadə edib”və Pxenyanı “qeydsiz-şərtsiz” dialoqa dönməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG