Şimali koreya lideri Kim Conq Un çərşənbə axşamı Rusiyaya səfər edib. Orada onun ABŞ və Cənubi Koreyanın potensial silah transferi ilə bağlı xəbərdarlıqları fonunda Rusiyanın uzaq şərqində Rusiya Prezidenti Vladimir Putinə danışıqlar aparacağı gözlənilir.
Çərşənbə axşamı Cənubi Koreya rəsmiləri deyib ki, onlar Kimlə Putin arasında son dörd ildə keçirilən ilk görüşü yaxından izləyirlər.
“Milli Müdafiə Nazirliyi inanır ki, Kim Conq Un böyük ehtimalla rusiyaya bu səhər özəl qatarla daxil olub,” sözçü Ceon Ha-kyu deyib və Kimi “çox sayda hərbi qulluqçu”nun müşayiət etdiyini bildirib.
“Biz Şimali Koreya ilə Rusiya arasında silah ticarəti və texnologiya transferi ilə bağlı danışıqların olub-olmayacağını yaxından izləyirik,” o əlavə edib.
Kim və Putinin Şimali Koreyanın Rusiyanı Ukraynadakı müharibəsi və başqa hərbi əmləiyyatlarda istifadə etmək üçün daha çox silahla təmin etməsini müzakirə edəcəkləri deyilir. Kimin isə Rusiyanın Şimali Koreyaya peykləri və nüvə enerjisi ilə işləyən yeraltı qayıqları üçün qabaqcıl texnologiya, eləcə də ərzaq yardımı verməsini istəyir.
Moskvada Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı deyib ki, Kimin Rusiyaya səfəri “tam miqyaslı olacaq.” “İki nümayəndə heyəti arasında danışqlar olacaq və ondan sonra, lazım olsa, liderlə kommunikasiyalarını təkbətək formatda davam etdirəcək.”
ABŞ və Cənubi Koreya Şimali Koreyaya Rusiyanı Ukrayna müharibəsində istifadə oluna biləcək sursatlarla təmin etməməsi ilə bağlı xəbərdarlıqlarını yeniləyiblər.
“Bİrləşmiş Millətlər Təşkilatın üzv olan heç bir ölkə BMT Təhlükəzilik Şurasının sanksiyaları və qətnamələrini pozmamalı, o cümlədən qeyri-qanuni silah ticarəti ilə məşğul olmamalıdır,” Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin sözçüsü Lim Soo-suk çərşənbə axşamı keçirdiyi brifinqdə deyib. ”
Vaşinqtonda Dövlət Departamenti bildirib ki, Şimali Koreyadan Rusiyaya hər hansı silah transferi BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsinin pozuntusu olacaq.
“Biz, əlbəttə ki, Rusiyanın müharibə səylərini maliyyələşdirən qurumlara qarşı sərt sanksiyalar tətbiq etmişik və bu sanksiyaları tətbiq etməyə davam edəcəyik və lazım olsa, yeni sanksiyalar tətbiq etməkdən çəkinməyəcəyik,” Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi brifinq zamanı bildirib.
Ancaq bəzi analitiklər Şimali koreyanın Rusiyaya vetdiyi silahların Ukraynadakı müharibəyə əhəmiyyətli təsirinin olacağına skeptik yanaşırlar.
“Şimali Koreyanın Rusiyaya yardımı, bildiyimizə görə, kiçik silah yardımı formasındadır. Çox güman ki, bu, kütləvi qırğın silahları və ya Ukraynada vəziyyəti dəyişdirəcək başqa tip silah olmayacaq,” Honoluluda qərargahlanan Pacific Forum-un analitiki Rob York çərşənbə axşamı Amerikanın Səsinə bildirib.
Kim Putinlə ilk zirvə görüşünü 2019-cu ilin aprelin 25-də Rusiyanın liman şəhəri Vladivostokda keçirib.
Forum