Accessibility links

Şimali Koreyada qadınlara qarşı seksual təcavüz halları barədə hesabat açıqlanıb


Human Rights Watch təşkilatı Şimali Koreyada geniş yayılmış seksual təcavüz hallarının qarşısının alınmasına çağırıb.

Qrupun üç il apardığı və yeni açıqladığı araşdırmaların nəticələri göstərir ki, Şimali Koreyada qadınların təhqir edilməsi halları normal həyat tərzinin bir hissəsi hesab olunur.

“Bir çox şimali koreyalı təşkilata bildirib ki, vəzifəsi olan hər hansısa rəsmi və ya şəxsin xoşuna hansısa qadın gəldikdə, o qadının razılaşmaqdan savayı seçimi olmur. Həmin qadın ondan seks, pul və ya başqa nə tələb edilirsə tabe olmalıdır. Müsahibə edilən qadınlar seksual təcavüzçülərə yüksək rütbəli partiya rəsmilərindən başqa həbsxana işçiləri, müstəntiqlər, polis, gizli polis, prokurorlar və hətta əsgərlər tərəfindən məruz qaldıqlarını deyir” – deyə təşkilatın icraçı direktoru Kennet Rot bildirib.

Kennet Rot deyib ki, ədalətə nail olmaq istəyən şimali koreyalı qadınların səsləri Kim Conq Unun diktatorluğu tərəfindən susdurulur.

Human Rights Watch təşkilatının hesabatında bildirilir ki, Şimali Koreya hökuməti şikayətləri araşdırmır, heç kimi ittham etmir, hadisə qurbanlarını mühafizə etmir, onlara yardım göstərmir və iddia edir ki, ölkədə seksual zorakılıqlar baş vermir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG