İsrail ordusu dekbarın 13-də Qəzza zolağının şimalında HƏMAS qruplaşmasının məhv edilməsi kampaniyası zamanı hücumlar həyata keçirərkən döyüşlərdə 10 əsgərinin öldüyünü bəyan edib.
İsrail ordusu keçən gün ərzində 250-dən çox hədəfə hücum etdiyini bildirib.
İsrailin dediyinə görə, ordusunun məhv etdiyi hədəflər arasında İsrailə raket atmağa hazırlaşan bir komanda da olub.
İsrail əsgərləri Qəzzada keçirdiyi əməliyyat zamanı oktyabr ayında HƏMAS-ın hücumu zamanı girov götürülmüş iki nəfərin cəsədini aşkar edib və bu, İsrail ordusunun reaksiyasına səbəb olub.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü HƏMAS-ın girovları Qəzzanın izdihamlı bölgələrində yerin altında saxladığını və bunun xilasetmə işlərini çətinləşdirdiyini, lakin İsrailin hər girovu azad etmək missiyasından çəkinməyəcəyini deyib.
Döyüşlər müharibənin Qəzzada fələstinin mülki əhalisinə təsiri ilə bağlı yenilənmiş xəbərdarlıqlar fonunda davam edir.
BMT-nin qaçqınlar üzrə rəhbəri Filippo Qrandi çərşənbə günü "bu faciəvi bir haldır ki, biz daha çox mülki əhalinin öləcəyini, əzab-əziyyət çəkəcəyini, həmçinin daha çox insanın yaşadığı yerləri tərk edəcəyini gözləyirik" deyib.
Roma Papası Fransis dərhal atəşkəs çağırışını bir daha təkrarlayıb. Eyni zamanda o, Qəzzaya humanitar yardımın çatdırılmasını və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsini istəyib.
ABŞ-ın İsrailin Qəzzadakı hərbi kampaniyası nəticəsində mülki itkilərin miqyasından getdikcə narahat olduğuna işarə edib. Prezident Co Bayden İsrailə möhkəm dəstəyini davam etdirməsinə baxmayaraq, çərşənbə axşamı baş nazir Benyamin Netanyahunu açıq şəkildə məzəmmət edib.
"Biz bunu israillilərə açıqladıq və onlar bilirlər ki, günahsız fələstinlilərin təhlükəsizliyi hələ də böyük narahatlıq doğurur. Beləliklə, onların gördüyü tədbirlər Fələstinin günahsız mülki əhalisinin yaralanmasının, öldürülməsinin, itirilməsinin və s. qarşısını almaq cəhdlərinə uyğun olmalıdır"- deyə, Bayden mətbuat konfransında bildirib.
Forum