Accessibility links

Yunanıstanda qatarların toqquşması nəticəsində ölənlərin sayı artır


Çərşənbə axşamı Yunanıstanın şimalında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 36-ya çatıb, 85 nəfər yaralanıb.

İki qatar Yunanıstanın paytaxtı Afinadan təxminən 380 kilometr şimalda, Tempe şəhəri yaxınlığında toqquşub. Sərnişin qatarı Afinadan şimaldakı Saloniki şəhərinə, yük qatarı isə Salonikidən cənuba, Larissa şəhərinə gedirdi. Azı üç vaqon relsdən çıxaraq yanıb.

Rəsmilər qəzadan sağ çıxan və ya yüngül xəsarət alan təxminən 250 sərnişinin avtobusla Salonikiyə aparıldığını bildirib. Sərnişin qatarında 350 nəfər olub.

Dağıntılar altında hələ də qala biləcək daha çox sərnişinin axtarışı üçün qəzanın baş verdiyi yerə azı 150 yanğınsöndürən, 17 maşın və 40 təcili yardım maşını cəlb edilib.

Yunanıstanın Yanğınsöndürmə Xidməti 6 nəfərin reanimasiya şöbəsinə olmaqla, 66 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Yanğınsöndürmə Xidmətinin sözçüsü Vasilis Vartakogiannis dövlət televiziyasına qatarların toqquşmasının gücünü nəzərə alaraq, evakuasiya işlərinin çox çətin şəraitdə aparıldığını deyib.

XS
SM
MD
LG