Accessibility links

Breivik partlayışı törətdiyini etiraf edib, lakin cinayət törətmədiyini deyib


Breivik partlayışı törətdiyini etiraf edib, lakin cinayət törətmədiyini deyib
Breivik partlayışı törətdiyini etiraf edib, lakin cinayət törətmədiyini deyib

Hadisəni törətməkdə şübhəli Anders Behrinq Breivik terrorçuluqda ittiham edilir

Norveçdə cümə günü partlayış və kütləvi qırğın törətdiyini ehtiraf edən şəxsin işi ilə bağlı məhkəmədə dinləməsi 35 dəqiqə davam edib. İttihamçılar Anders Behrinq Breivikin məhkəmə prosesi başlayanadək səkkiz həftə həbsdə saxlanılmasını tələb edəcəklərini deyiblər. Bundan əvvəl məhkəmə dinləmənin bağlı qapılar arxasında keçəcəyi barədə qərar çıxarmışdı. Lakin sonra Berivik hadisənin motivini anlatmaq üçün dinləmənin ictimaiyyət və mətbuat üçün açıq olmasını xahiş edib. Breivikin vəkili onun hər iki hadisəni törətdiyini etiraf, lakin cinayət törətdiyini inkar etdiyini deyib. O, vəkilinə hadisələrin dəhşətli olduğunu, lakin Norveç cəmiyyətində inqilab etmək üçün bunun vacib olduğunu deyib.

XS
SM
MD
LG