Accessibility links

Norveçdəki qətliam Avropada genişlənən siyasi cərəyanın simptomudur


Norveçdəki qətliam Avropada genişlənən siyasi cərəyanın simptomudur
Norveçdəki qətliam Avropada genişlənən siyasi cərəyanın simptomudur

Anders Behrinq Breivik terror əməlini yazdığı 1500 səhifəlik manifest üçün reklam adlandırıb. Bu manifest Marksizmi, çoxmədəniyyətliliyi, qlobalizasiyanı tənqid edir və İslam Demoqrafik Müharibəsi barədə xəbərdarlıq edir.

Norveçdə ötən həftənin terror hücumları Avropada mühacirət, İslam və çoxmədəniyyətliliyə qarşı zorakı nifrət bəsləyən noverçlinin adı ilə bağlıdır. Onun internetdə dərc etdiyi ifrat sağçı baxışlar Avropanın genişlənməkdə olan radikal sağçı hərəkatını diqqət mərkəzinə qoyub.

Bu şəxsin hərəkətlərini çoxları dəstəkləmir.

O, Osloda səkkiz adamın ölümünə səbəb olan bomba partlayşı törətdiyini etiraf edib. Və adada onlarla adamı güllələdiyini.

Anders Behrinq Breivik bu əməli yazdığı 1500 səhifəlik manifest üçün reklam adlandırıb.

Bu manifest Marksizmi, çoxmədəniyyətliliyi, qlobalizasiyanı tənqid edir və İslam Demoqrafik Müharibəsi barədə xəbərdarlıq edir.

O, öz təsəvvüründə yaratdığı Avropa ideyasını müdafiə etmək üçün səlib yürüşünə çağırıb.

Londonun Kingston Universitetində Avropada radikal sağ ekstremizmi üzrə ekspert Andrea Mammone deyir ki, Breivik Avropada bu baxışlara malik yeganə adam deyil. "Saf, yalnız ağlardan ibarət icma haqda bu ideyalar Avropanın radikal sağçıları arasında geniş yayılıb. Mühacirət və İslam – bunlar asan hədəflərdir və onlar buna qarşı çıxırlar. Onlar mühacirlərdən azad Avropa istəyirlər, bu, aydındır," deyə Mammone bildirir.

Və bu baxışlar siyasi dəstək qazanmaqdadır. Norveçdə populist sağ qadanlı Proqress Partiyası parlamentdə ikinci ən iri partiyadır.

İsveçdə Demokratlar ötən il parlamentə “İsveç İsveçlilərindir” şüarı ilə daxil oldular. Finlandiyada isə "Həqiqi Finlər" hərəkatı yerlərin beşdə birinə malikdirlər.

Söhbət təkcə Skandinaviya ölkələrindən getmir. Hollandiyada üçüncü ən iri partiyanın lideri Geert Wilders deyir ki, o, müsəlmanlara yox, İslama nifrət edir.

Yeni Beynəlmiləçi məcmuəsindən K. Biswas deyir ki, son onillikdə vəziyyət dəyişib: "İtaliyada, Danimarkada və Hollandiyada mötədil mühafizəkar elektoral hərəkatlardan kənarda yeni partiyalar meydana çıxıb və onlar effektivdir. Onların mühacirətə təsiri olub. Onların mötədil siyasətçilərin terminologiyasına da təsiri olub," deyə Biswas bildirir.

Norveç yas içindədir və Avropa boyu radikal sağçılar Breivikə qarşı yönələn qəzəb dalğasına qoşulublar. Onlar Breivikin siyasi baxışları ilə razılaşırlar, amma taktikaları ilə yox. Bisvas bu ikisi arasında fərq qoymağın vacibliyini vurğulayır: "Maraqldır ki, bu baxışlar artıq radikal sayılmır. Bu baxışlar əsas siyasi cərəyana daxil olub. İslamofobiya və anti-elita baxışlarını zorakı əməllərə bağlamaq düzgün deyil."

İfrat siyasət təhlükəli başlanğıc nöqtəsi ola bilər, amma, onun sözlərinə görə, bu cığır hökmən zorakı ekstremizmə aparmalı deyil.

XS
SM
MD
LG