Accessibility links

Norveç Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşını ölkədən çıxarır


Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt
Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt

NATO üzvü olan Norveç Rusiyanın Oslodakı səfirliyinin 15 əməkdaşını diplomatik pərdə altında fəaliyyət göstərən kəşfiyyatçı olduqlarını deyərək, "arzuolunmaz" elan edib.

Norveç Xarici İşlər Nazirliyi aprelin 13-də bildirib ki, səfirlik işçilərinin ölkədən çıxarılmalarına "Avropada dəyişmiş təhlükəsizlik vəziyyətinə cavab" olduğunu və bunun Rusiya kəşfiyyatının fəaliyyətinin artması olduğunu bildirib. Ruslar "tez bir zamanda" Norveçi tərk etməli olacaqlar.

Rusiya Xarici İşlər Nazirliyi TASS dövlət xəbər agentliyinə "Rusiya müvafiq cavab verəcək" deyib.

Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt Oslonun israrla "Rusiya ilə normal diplomatik münasibətləri davam etdirməyə" çalışdığını desə də, "15 işçinin diplomatik statuslara uyğun olmayan işlərlə məşğul olduğunu" bildirib.

Hyuitfeldt bunun "Rusiya kəşfiyyatının Norveçdəki fəaliyyətlərinin miqyasını azaltmaq üçün" zəruri olduğunu deyib və əlavə edib ki, "Rusiya hazırda Norveç üçün ən böyük kəşfiyyat təhlükəsi yaradır".

"Biz Rusiyanın Norveçdə fəaliyyət göstərən diplomatik missiyasını davam etməsini istəyirik, lakin diplomatik missiyaların gizli kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi məqsədilə sui-istifadə edilməsini qəbul etməyəcəyik" - deyə, Hyuitfeldt bildirib.

15 məmur hazırda Norveçdə akkreditə olunmuş rus diplomatlarının təxminən dörddə birini təşkil edir.

Oslo ilə Moskva arasında gərginliyin artması Arktika regionu ölkələrinin beynəlxalq "Arktika Şurası" forumunun işini çətinləşdirə bilər. Hazırda təşkilatın sədri Moskva olsa da, mayın 11-də Norveçin səlahiyyətləri ələ alması planlaşdırılır.

Moskvanın 2022-ci ilin fevralında Ukraynaya əsassız işğalı ilə bağlı Rusiya və NATO ölkələri arasında gərginliyin artması fonunda bütün Avropada diplomatların qovulmaları artıb.

XS
SM
MD
LG