Accessibility links

Notr-Dam yenidən ictimaiyyətə açılmağa hazırlaşır


Notr-Dam yenidən ictimaiyyətə açılmağa hazırlaşır
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Gələn ay dörd il öncə yanğın nəticəsində böyük zərər görən Parisin ikonik Notr-Dam kilsəsinin bərpasında mühüm bir addım atılacaq. Belə ki, yeni şpilin təməli inşa olunacaq. Rəsmilər isə kilsənin gələn ilin sonunadək yenidən açmağa ümid edir.

Notr-Dam kilsəsinin şpilinin təməlini yenidən tikmək üçün 20-dən çox sənətkar, yüzlərlə saat və minlərlə ağac tələb olunur.

Bu dülgərlər təməlin inşasını bitirməyə tələsirlər. Onun tikintisinin aprelin 15-dək, yəni Notr-Damı dağıdan böyük yanğından tam dörd il sonra başa çatacağı gözlənilir. Şpilin özünün ilin sonuna hazır olmağı planlaşdırılır.

“Burada gördüyünüz bu hissədə çox struktur və ağırlıq var. Bu, binanın şpilinin təməlidir,” dülgər Erik Van Berkel deyir.

Van Berkel buradakı digər ustalar kimi daha öncə də tarixi abidələr üzərində işləyib. Amma bu layihə fərqlidir.

“Bu fürsət üçün həqiqətən minnətdaram, çünki bu, sadəcə heyrətamiz və həqiqətən müstəsnadır. Və bu, həyatda bir dəfə edilən bir iş növüdür,” o deyir.

Orta əsrlərə aid Katolik kilsədə yanğın bütün dünyanı şoka salmışdı. Müxtəlif inanclardan olan bir çox insan üçün bu bir faciə idi.

Onun bərpası da son dərəcə simvolikdir.

“2024-cü ildə Fransada iki böyük tədbir olacaq. Yayda Olimpiya oyunları var və biz də kafedralı yanğından beş il sonra açacağımızı demişdik, yəni 2024-də. Mən həqiqətən də düşünürəm ki, Fransanın reputasiyası risk altındadır,” Nort-Damın bərpa işlərinə başçılıq edən general Jan-Lui Jorjelin deyir.

Fransa və hətta Almaniya boyu sexlər bu vədi yerinə yetirməkdən məsuldur. Onların hər biri müəyyən bir sənətkarlıq sahəsində ixtisaslaşıb.

Hələlik ziyarətçilər kilsəyə kənardan, artefaktlarını isə xüsusi sərgilərdə görə bilərlər.

Notr-Damın şpilini bərpa etmək məsələsi çox müzakirələrə səbəb olmuşdu. Fransa franız memar Yucin Violle-le-Dükun 19-cu əsrə aid zərif işinin replikasını mı hazırlamalı, yoxsa tamamilə yeni bir şey mi hazırlamalıdır? Rəsmilər nəhayət birincisini seçdilər.

“Biz onu olduğu kimi bərpa etməsək, abidənin memarlıq birliyini və kafedralın orijinallığını pozmuş olardıq. Çünki orijinallıq təkcə material deyil, həm də mənəvidir. Və burada hər ikisinin bir hissəsini görə bilərik,” Notr Damın keçmiş baş memarı Benjamin Muton deyir.

Notr-Damının açılışının qlobal bir təntənəyə çevriləcəyi gözlənilir. Amma bu işçilər üçün bu, acı-şirin bir an olacaq. İllərin zəhməti və qeyri-adi bir macəra başa çatacaq.

XS
SM
MD
LG