Rusiya casusu Sergey Skripalın qızı ilə bərabər Britaniyada ölü aşkar edilməsindən sonra onların olduqca nadir əsəb maddəsi olan Noviçokla zəhərləndirildiyi müəyyən edilib.
ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson zəhərin Rusiyadan gətirildiyini deyib.
O bildirib ki, Noviçok adlandırılan bu zəhər çox az əllərdə var.
Bu madddən heç vaxt döyüş meydanlarında istifadə edilməyib.
Sovet kimyaçısı Vil Mirzayanov bildirib ki, Noviçok 1970-80-ci illərdə Sovet İttifaqında inkişaf etdirilən ən zəhərli əsəb maddəsidir.
Onun dediyinə görə, bu maddə soyuq mühariba dövrünün sonlarında əldə edilib.
Həmin vaxt ABŞ və SSRİ kimyəvi silahların məhv ediləcəyinə vəd verirdiər.
Vil Mirzayanov Noviçokun gizli şəkildə inkişaf etdirildiyi və onun təftiş zamanı müəyyən edilməsinin qeyri-mümkün olduğunu deyib.