Accessibility links

Novruz Məmmədov: 7 rayonun azad edilməsi üçün böyük dövlətlər hansı addımlar atıb?


Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

“Bu gün Azərbaycanın qarşısında duran ən başlıca məsələ Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu problemin həll olunmaması regionun inkişafı üçün ən başlıca maneədir. BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr beynəlxalq hüququn norma və prinsiplərini təşkil edir”. Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov oktyabrın 7-də “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.

“Qəribədir, münaqişənin həlli üzrə vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək hansı məntiqli təklif irəli sürüblər ki, Azərbaycan bununla razılaşmayıb? Rəsmi Bakı ən mürəkkəb məqamlarda belə konstruktivliyini nümayiş etdirib, sülh naminə danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Gəlin bir anlıq təsəvvür edək ki, guya bu ərazi mübahisəli ərazidir. Bəs işğal olunan yeddi rayon?! Onlara ki Ermənistanın heç bir iddiası yoxdur! Yüz minlərlə insanın yaşamış olduğu bu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımlar atıblar? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yeganə yol odur ki, Azərbaycan və Ermənistan özü razılığa gəlsin. Bu, Azərbaycana ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. İnsan hüquqlarını, ədalət prinsiplərini ortaya qoyan böyük dövlətlər və təşkilatlar əvvəlcə bir güzgüdə özlərinə baxsınlar”, Məmmədov qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG