Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası, prezident tərəfindən əfv edilməsi, Ermənistanın bununla bağlı reaksiyası və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlardakı mövcud durum barədə suallara cavab verib.
Sual: Bu gün Azərbaycan ordusunun zabiti Ramil Səfərov Azərbaycan prezidentinin sərəncamı ilə əfv olunub. Zabit Səfərov bundan öncə Macarıstandan Azərbaycana ekstradisiya olunub. O nəyin nəticəsində ekstradisiya olundu?
Cavab: Ramil Səfərovun Macarıstanda həbsi ilə bağlı bütün təfərrüatlar, onun keçdiyi həyat yolu, törətdiyi cinayətlə bağlı təkcə Azərbaycan ictimaiyyəti deyil, həm də dünya və Avropa ictimaiyyəti məlumatlıdır. Onun bu hadisəni hansı şəraitdə törətdiyini də hamı yaxşı bilir. Düşünürəm ki, bu illərdəki proseslərin nəticəsi olaraq həm Macarıstan, həm də Azərbaycan tərəfi ümumi bir mövqeyə gələ bildi ki, artıq onun orada həbsdə qalması kifayətdir. O Azərbaycana ekstradisiya oluna bilər. Eyni zamanda, Ramil Səfərovun həbsdə olduğu müddətdə özünü aparması, davranışı, onun Macar dilindən etdiyi tərcümələr, yazdığı kitablar da Macarıstan ictimaiyyətinə məlumdur. Bununla bağlı iki ölkə arasında bir ilə yaxın aparılan danışıqların nəticəsi olaraq bu gün Ramil Səfərov Azərbaycandadır. Azərbaycan prezidenti də düzgün olaraq Ramil Səfərovun cəzadan azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sual: Ermənistan tərəfi Ramil Səfərovun azad edilməsini mənfi qiymətləndirib. Sizin münasibətiniz?
Cavab: Ermənistan tərəfi həmişə belə məsələlərdə ifrat dərəcədə qərəzli mövqe tutur. Ramil Səfərov gənc zabitdir. Onun iki ən yaxın qohumu və digər yaxınları məlum hadisələr zamanı ermənilər tərəfindən qətlə yetirilib. Yəni, bu adam uşaq vaxtından, dünyaya yenicə göz açdığı zamandan qətllər görüb və bu qətlləri ermənilər törədib. Ondan sonra isə Ramil Səfərov məlum hadisələr nəticəsində yerindən, yurdundan, dostlarından məhrum olub, qaçqına çevrilib. Nəhayət, Macarıstanda olduğu zaman da qətlə yetirilən erməni bunun gözünün qarşında Azərbaycanı, onun şəxsiyyətini, xalqı, Azərbaycan bayrağını təhqir edib. Bütün bunları nəzərə alanda, bunu düzgün qiymətləndirmək lazımdır. Ermənistan tərəfində ümumiyyətlə ölçü hissi yoxdur. Ermənistan tərəfi bütün məsələləri özlərinin istədiyi kimi dünyaya yaymağı öyrənib.
Bir misal deyim. Bir neçə gün bundan qabaq Norveçdə Anders Breyviklə bağlı məhkəmə oldu, 77 adamı qətlə yetirənə 21 il həbs verdilər. O başqa məslədir. Ondan danışmaq istəmirəm. Sadəcə olaraq erməni tərəfi nə edəcək bilmirəm. Amma istəyirəm ki, dünya və Avropa ictimaiyyəti bu məsələ ilə bağlı həssas olsun, ədalət hissini itirməsin. Buna ədalətli yanaşsın.
Sual: Burada ədalət məsələsi Ermənistan-Azərbaycan münaqişəsidir. Münaqişənin həlli istiqamətində hazırda nə irəliləyişlər var, danışıqlar prosesi nə yerdədir? Ümumiyyətlə, münaqişənin nizamlanmasına ehtimallar varmı?
Cavab: Bəlkə də haqlı olaraq gətirdiniz ədalət məsələsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin üzərində müqayisə aparmağa. Doğrudan da bu gün dünyanın aparıcı qüvvəsinin başı başqa işlərə qarışıb. Təəssüflər olsun ki, 20 ildən artıq davam edən Azərbaycan ərazilərinin işğal faktına lazımi səviyyədə münasibət bildirilmir və bu səbəbdən də proseslər bu qədər uzun-uzadı davam edir. Bəzən, hətta Azərbaycan xalqının iradəsi, əzmi, dözümü ortada olmasa düşünmək olar ki, deyəsən bunu beləcə saxlamaq qərarına gəliblər. Necə ola bilir ki, başqa məsələlərlə bağlı hər gün BMT Təhlükəsizlik Şurasının iclasları çağırılır, uzun-uzadı müzakirələr edilir, amma bu məsələ ilə bağlı heç kim bir addım da atmaq istəmir. Əgər beynəlxalq birliyin bu məsələdə də mövqeyi ədalətli və qətiyyətli olsa münaqişənin həlli tez bir zamanda özünü göstərər. Təəssüflər olsun ki, hələlik beynəlxalq birliyin mövqeyi ilə bağlı mən çox da nikbin deyiləm.
Sual: Danışıqlar nə yerdədir? Ümidverici məqamlar varmı? Sanki, son dövrlər danışıqlarda bir fasilə yaranıb.
Cavab: İndi yay mövsümüdür. Amma, hətta yayda belə proseslər davam edib. Kimlərsə deyir, danışıqlarda fasilə əmələ gəlib, mən bununla razı deyiləm. Yay mövsümündə Minsk qrupunun həmsədrləri Azərbaycana səfər edib, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın xarici işlər naziri ilə görüş keçirib.
Sentyabrda yenə həmsədrlərin Azərbaycana səfəri gözlənilir. Bundan başqa ola bilsin ki, Azərbaycan xarici işlər nazirinin həmsədr ölkələrin hansınınsa xarici işlər naziri ilə görüşü olacaq. Proses davam edir. Amma, konkret nə isə demək üçün bu görüşlərin nəticəsini gözləmək lazımdır.
Sual: Bir sıra mətbuat orqanları Ramil Səfərovun azad edilməsində Azərbaycan hökuməti ilə yanaşı digər şəxslərin rolunun olduğunu yazır. Buna münasibətiniz necədir?
Cavab: Mən də mətbuatda bu barədə oxudum. Bu günki mətbuatda Ramil Səfərovun işi ilə bağlı danışıqların məxfi aparılmasında istifadə edərək yazıblar ki, guya kiminsə təşkilatçılığı, fəallığı nəticəsində bu baş verib. Bu hadisə bir ilə yaxındır ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə ciddi məxfi şəraitdə aparılıb. Son dəfə isə bununla bağlı ümumi razılıq Macarıstanın baş naziri cənab Viktor Orbanın Azərbaycana səfəri zamanı əldə edilib. Bir daha bildirirəm ki, bir ilə yaxın davam edən prosesə Azərbaycan prezidenti rəhbərlik və nəzarət edib.