Accessibility links

Novruz Məmmədov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq hüququn tətbiqi ilə konkret yanaşmırlar


ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə tam ciddi, beynəlxalq hüququn tətbiqi ilə konkret yanaşmırlar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar tədbirə qatılması və Karen Mirzəyan adlı şəxslə görüşməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

N.Məmmədov qeyd edib ki, ümumiyyətlə, həmsədrlər bu münaqişənin həllinə tam ciddi, beynəlxalq hüququn tətbiqi ilə konkret yanaşmırlar: "Onlar bu məsələdə beynəlxalq hüququ qəbul ediləcək formada istifadə də etmirlər. Bu isə həmsədr dövlətlərin, ümumiyyətlə, bu münaqişənin həllinə tam ciddi, ədalətlə yanaşmadıqlarını göstərir".

O bildirib ki, qondarma "Dağlıq Qarabağ respublikası"nın separatçı rəhbərlərinin ABŞ-a girişinə icazə, viza verilməsi, onların iştirakı ilə tədbirlər keçirilməsi düzgün deyil: "Dünyada gedən proseslərin xarakterini, mahiyyətini, istiqamətini bilirik. Bu nöqteyi-nəzərdən bizim bu günə qədər keçdiyimiz yol çox uğurlu yoldur. Təkcə sabitliyimizi, təhlükəsizliyimizi, davamlı inkişafımızı təmin etmirik, eyni zamanda bu münaqişənin həlli ilə bağlı çox böyük potensialımız var. Ermənistan tərəfi isə daim uduza-uduza gedir. Onun söykəndiyi divarlar da davam gətirməyəcək - hara söykənir, söykənsin".

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG