Accessibility links

Novruz Məmmədov: Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var


Novruz Məmmədov
Novruz Məmmədov

"Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, biz düşünürük Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var".

APA agentliyinin məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, bunun ən mühüm sübutlarından biri kimi Donald Trampın Azərbaycan prezidentinə son iki həftədə iki məktubunu göstərmək olar.

"Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür", o qeyd edib.

ABŞ prezidenti Donald Tramp 28 May Respublika Günü və Bakıda mayın 31-də açılan Beynəlxalq Xəzər Neft-Qaz sərgi-konfransı ilə bağlı Azərbaycan prezidentinə təbrik məktubu ünvanlayıb.

XS
SM
MD
LG