Accessibility links

Prezident Əliyev: Novruz bayramı bol sevinc və ruzi-bərəkət bəxş eləsin


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Azərbaycan prezidenti Novruz bayramı münasibəti ilə xalqı təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir ki, novruz ənənələri Azərbaycanın dəyərlər sistemimizdə müstəsna yer tutur, xalqın təfəkkürünün ayrılmaz tərkib hissəsinə çevrilib. “Cəmiyyət üzvləri arasında qarşılıqlı ünsiyyətə çağırması, səmimiyyəti gücləndirməsi və yüksək əxlaqi keyfiyyətlər formalaşdırması onu ən ali insani xüsusiyyətlərin daşıyıcısı kimi ümumbəşəri mədəni sərvətlər sırasına daxil edir”

Dövlət başçısı xatırladır ki, bahar bayramı keçmişin ən çətin dövrlərində belə zehinlərdən silinməyib gələcəyə inamımı sarsılmağa qoymayıb. “Qəlbimizin dərinliklərində kök salaraq milli özünüdərk məfkurəsini yaşatması sayəsində o, ötən əsrin sonlarına doğru Azərbaycanda müstəqil dövlətçilik ideallarının gerçəkləşməsini təmin edən mühüm amillərdəndir. Mənəvi mədəniyyətimizin zənginliklərini özündə toplamış qədim Novruz mərasimlərini qloballaşmanın vüsət aldığı, sürətlə dəyişən dünyada bütün rəngarəngliyi ilə layiqincə qoruyub saxlaması müasir Azərbaycanın tarixi-mədəni və milli-mənəvi irsə bağlılığının rəmzidir”.

Prezident bildirir ki, Azərbaycanla birgə baharı azərbaycançılıq düşüncəsi işığında minlərlə soydaş ölkənin hüdudlarından uzaqlarda qarşılayır. “Həmrəyliyimizin rəmzi olaraq bu ümumxalq bayramı qoy hər bir ailəyə bol sevinc və ruzi-bərəkət bəxş eləsin”, təbrikdə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG