Accessibility links

Vaşinqtonda Uyğur Türklərinə dəstək yürüşü keçirilib [Video]


Vaşinqtonda Uyğur Tüklərinə dəstək yürüşü
please wait

No media source currently available

0:00 0:01:33 0:00

Vaşinqtonda Uyğur Tüklərinə dəstək yürüşü

İyulun 12-də Birləşmiş Ştatlar paytaxtı Vaşinqtonda Çinin Sincan Uyğur Muxtar Vilayətində uyğurlara qarşı tətbiq olunan təzyiqlərə etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları Çinin Uyğur türklərinə qarşı ağır basqılarını qınayan şüarlar səsləndirib. Etirazçılar Çin hökumətini ölkə vətəndaşları arasında milli və dini ayrı-seçkiliyə son qoymağa çağırıb.

ABŞ-da türk icmasının fəalı Zaur Bayramlı toplaşanları aksiya ilə bağlı hazırlanmış qətnamə ilə tanış edib.

Vaşinqtonun Dupont Circle meydanında başlayan yürüşdə təxminən 150 etirazçı iştirak edib. Əllərində “Çin, insan haqlarına hörmət et!”, “Uyğurlara yönəlik soyqırımı dayandır!”, “Uyğurlara istiqlal!” yazılmış plakatlar tutan etirazçılar yürüş boyu Çin hökumətinə ünvanladıqları tələbləri səsləndiriblər.

Yürüşdə güneyli milli fəallar və AzərbaycanTürk icmasının üzvləri, habelə digər türkdilli xalqların nümayəndələri iştirak edib.

Aksiya Tailandın Vaşinqtondakı səfirliyi qarşısında qətnamənin oxunması ilə başa çatıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG