Accessibility links

Kəşfiyyat komitəsinin sədri Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı təhqiqatdan geri çəkilmir


ABŞ Konrqesinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin sədri Devin Nunes və komitənin həmsədri Adam Şiff

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsi bu həftə komitənin sədri Devin Nunesin demokratların Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqatdan geri çəkilmək çağırışlarını rədd etdiyi bir vaxt bütün iclasları təxirə salıb.

"Mən nə üçün bunu etməliyəm?"-deyə Nunes komitənin nüfuzlu demokrat üzvü Adam Şiffin Nunesun istefası tələbilə bəyanat açıqlamasından bir gün sonr bildirib.

"Bu, mənim komitənin sədri kimi asanlıqla etdiyim bir tövsiyə deyil və biz bir neçə il birlikdə işləmişik"-deyə Adam Şiff bazar ertəsi günü açıqladığı bəyanatda bildirib. O əlavə edib ki, təhqiqat sədr tərəfindən obyektiv aparılmasa, o zaman ictimaiyyətin təhqiqata etibarını təmin etmək çətin olacaq.

Bu, mənim komitənin sədri kimi asanlıqla etdiyim bir tövsiyə deyil və biz bir neçə il birlikdə işləmişik
Adam Şiff

Nunes keçən həftə prezident Donald Trampın "epizodik izlənildiyini" açıqlamasından öncə Ağ Evdə mənbə ilə görüşüb. Bu haqda onun sözçüsü Cek Langer bildirib.

Bundan öncə Nunes mənbə ilə harada görüşdüyü haqda məlumat verməyəcəyini bildirib və mənbənin kim olduğunu açıqlamayıb.

Nunes Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin 21 üzvünün heç birini məlumatlandırmadan keçən həftə müxbirlər və prezidentlə məsələ haqda danışıb. Bu, komitədəki demokratların qəzəbinə səbəb olub. Demokrat qanunvericilər Nunesin etibarlılığını sual edir. Nunes sonradan informasiyanı komitə üzvləri ilə bölüşmədiyinə görə üzr istəyib.

"Biz bu sənədləri ən tez zamanda əldə etməyə çalışırıq"-deyə Nunes Amerikanın Səsinə bildirib.

O, komitənin digər üzvləri ilə münasibətlərin yaxşı səviyyədə qaldığını və Rusiyanın müdaxiləsi ilə bağlı təhqiqatın davam etdirildiyini bildirib.

"O əvvəldən düzgün iş görüb və burada onun səylərinə mane olmağa birgə cəhdlər göstərilir. O bilir nə edir, buna görə"-deyə Nyu-York ştatından respublikaçı konqresmen Piter Kinq Amerikanın Səsinə bildirib.

Senatda azlıqda olan demokratların lideri Çak Şumer Nümayəndələr Palatasının spikeri Pol Rayanı Nunesi Kəşfiyyat komitəsinin sədri vəzifəsindən azad etməyə çağırıb. Nümayəndələr Palatasında demokratların lideri Nensi Pelosi isə deyib ki, spiker azı Nunesin Rusiyanın müdaxiləsi ilə bağlı təhqiqata cəlb olunmamasını təmin etməlidir.

Ağ evin sözçüsü Şon Spayser müxbirlərə deyib ki, o, Nunesin informasiyanı haradan aldığını bilmir, lakin Nunes Ağ Evin işçilərindən heç biri ilə görüşmədiyini bildirib. Şon Spayserin sözlərinə görə, Nunes iddialarla bağlı bir neçə mənbəyə malik olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynaya qarşı yeni dron hücumları həyata keçirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG