Accessibility links

AXCP fəalı tənqidi statusuna görə xəbərdarlıq edilib


Nurane Süleyman-zadənin profili
Nurane Süleyman-zadənin profili

AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü Nuranə Süleyman-zadə iyulun 30-da Suraxanı rayon Polis İdarəsinə çağırılaraq facebook-da tənqidi statusuna görə şifahi xəbərdarlıq edilib.

“Məni Suraxanı rayon Polis İdarəsinin rəis müavini qəbul etdi, Qənimət Zahid, Emin Milli və Natiq Adilovla bağlı yazdığım tənqidi statusa görə şifahi xəbərdarlıq etdi. O, bir daha belə statuslar yazmamağı tövsiyə etdi və sonra azad buraxıldım”, Nuranə Süleyman-zadə Amerikanın Səsinə bildirib.

Xatırladaq ki, iyulun 29-da axşam saat 21 radələrində Suraxanı rayon Polis İdarəsinin əməkdaşları AXCP fəalının yaşadığı evə də gəlib.

“Gəlişlərinin səbəbi siyasi mövqeyimlə görə narahat olduqları və əsasən də Emin Milli barəsində dünən axşam yazdığım statusla bağlı idi. Atama çox şey deməyiblər, sadəcə yazdığım statusa görə məni axtardıqlarını bildiriblər”, Süleyman-zadə Facebook səhifəsində yazıb.

Onun Facebok səhifəsində jurnalistlərinin qohumlarının həbsi ilə bağlı status belədir:

“Siz, qanunsuzluğun sərhədsizliyinə baxın bir: Emin Millinin jurnalist fəliyyətinə görə qaynı Nazim Əğəbəyovu narkotik ittihamı ilə şərləyərək həbs ediblər.

Nazim Ağabəyov tanınmış ziyalı, respublikanın Xalq Rəssamı, boyakarlıq və kino rəssamlığı sahəsində ən tanınmış sənətkarladan biri sayılan Mais Ağabəyovun oğludur. Mais Ağabəyov tamaşaçılara yaxşı tanış olan “Babək”, “Nəsimi”, “Ötən ilin son gecəsi”, “Yeddi oğul istərəm”, “Özgə vaxt”, “Qətl günü”, “Əlvida, cənub şəhəri”, “Ölüm növbəsi” və digər məşhur filmlərin rəssamıdır.

Bundan əlavə, Azərbaycan Saatı verlişinin aparısıcı Qənimət Zahidovun jurnalist fəaliyyətinə görə qardaşı oğlunu və Natiq Ədilovun da jurnalist fəaliyyətinə görə qardaşı Murad Ədilovu şərləyərək həbs ediblər.

Ölkə prezidenti İlham Əliyev də hər çıxışında ölkəmizdə mətbuat, söz, ifadə azadlığının olduğunu dönə-dönə vurğulayır. 37-ci illərin ağır siyasi dövrünü görməyənlər üçün indi o, 2015-ci ildə də 37-ni davam etdirir. Artıq insanlar doğulduğu andan etibarən onlara məxsus olan ən təbii ifadə, söz, mətbuat azadlığından istifadə etdikləri üçün ailələri ilə təhdid edilir və mənəvi işgəncələrə məruz qalır.

Mən əminəm ki, bu bizə gün kimi aydın olduğu qədər onlara da aydındır ki, ‪#‎qələtedir37 deyərək, 21-ci əsrdə onun öz metodları ilə ‪#‎davamedir37 deməsinə baxmayaraq, nə Emin Milli, nə Qənimət Zahidov, nə də ki, Natiq Ədilov qanunsuzıuqlara boyun əyməyəcəklər. Elə buna əmin olduqları üçün də 37-ci ili daha dəhşətli şəkildə yaşatmağa çalışırlar”, statusda deyilir.

XS
SM
MD
LG