Accessibility links

Üç nurçu azadlığa buraxılıb


Nurçuların kitabı
Nurçuların kitabı

Bakı Apellyasiya Məhkəməsi həbsdə olan nurçulardan Rəvan Səbzəliyevi, Zəkəriyyə Məmmədovu, Şahin Həsənovu məhkəmə zalından azadlığa buraxıb. Bu barədə Amerikanın Səsinə vəkil Əsabəli Mustafayev bildirib.

Belə ki, məhkəmə apellyasiya şikayətlərinin qismən təmin edilməsi barədə qərar qəbul edib.

Qərara görə İsmayıl Məmmədov və Eldəniz Hacıyevin cəzası 2 il 6 aya, Rəvan Səbzəliyevin cəzası bir ilə endirlib. Zəkəriyyə Məmmədov, Şahin Həsənova isə Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Vəkil Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriləcəyini bildirib.

Rəsmi məlumata görə, hüquq-mühafizə orqanları 2013-cü ilin aprelində paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən 41 nurçu saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, nurçuluğu təbliğ edən audio və video materiallar müsadirə olunub.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 ilmüddətinə azadlıqdan məhrum edilib.

Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham olunub.

XS
SM
MD
LG