Aprelin 12-də polis Bakıda Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı olub) iştirakı ilə yığıncaq keçirdiyini müəyyən edib.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Mətbuat xıdməti saxlananların olub-olmaması barədə məlumat vermir.