Accessibility links

Nuşirəvan Məhərrəmli: Xarici televiziyalar Azərbaycandan canlı yayım üçün MTRŞ-dan icazə almalıdır [Audio]


Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli

“Azərbaycan televiziyalarında tənqid də, tərif də var”.

Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Amerikanın Səsi radiosuna müsahibəsində analoq yayımdan rəqəmsal yayıma keçid, 2013-cü ildə prezident seçkiləri zamanı ölkədən canlı yayım imkanları, xarici radioların yayımı ilə bağlı danışıb.

Nuşirəvan Məhərrəmli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:27 0:00
Direct link

“Azərbaycan ərazisinin artıq 85 faizində rəqəmsal yayımı həyata keçirəcək ötürücü stansiyalar qurulub. Biz 2011-ci il dekabrın 22-də analoq yayımla bərabər rəqəmsal yayıma keçid barədə qərara qəbul etdik. 2013-cü ilin sonunadək analoq yayım dayandırılacaq, rəqəmsal yayıma tam keçid olacaq”.

Onun dediyinə görə, rəqəmsal yayıma tam keçid aztəminatlı ailələrin pulsuz dekoderlə təmin edilməsindən daha çox asılıdır.

“Əgər hökumət aztəminatlı ailələrin dekoderlə pulsuz təmin olunması barədə tez bir zamanda qərar qəbul edərsə rəqəmsal yayıma 2013-cü ildən daha tez keçiləcək”.

Şura sədri ölkə televiziyalarında plüralizmdən danışarkən deyib ki, plüralizmin olmaması barədə səslənən fikirlərlə razı deyil .

“Plüralizmi var. Amma, ola bilsin ki, bu və ya digər mənada beynəlxalq təşkilatları qane etmir. Bu onların öz işidir. Milli Teleradio Şurası radio və televiziyaların proqram siyasətinə müdaxilə etmir. Onun elə bir səlahiyyəti yoxdur ki, müxalifət nümayəndələrinin efirə gətirilməsi barədə göstəriş versin”.

O Avropa İttifaqının Azərbaycandakı nümayəndəsinin Azərbaycan televiziyalarında tənqidin olmaması ilə bağlı fikrinə münasibət bildirib.

“Mən hesab etmirəm ki, onun dediyi həqiqətdir. Azərbaycan televiziyalarında tənqid də, tərif də var”.

Cənab Məhərrəmli 2013-cü il prezident seçkiləri dövründə xarici televiziyaların Azərbaycandan birbaşa yayımlar həyata keçirməsi mümkünlüyü barədə də danışıb.

“Biz bunu dünyadakı praktikaya uyğun həyata keçiririk. Xarici televiziyalar seçki dövründə Azərbaycandan canlı yayım aparmaq üçün qabaqcadan Milli Teleradio Şurasına müraciət edib icazə almalıdır. Azərbaycan elə bir coğrafi mühitdə yerləşir ki, bu məsələlərə həssas yanaşmalıdır. Təbii ki, biz Azərbaycandan canlı yayım aparmaq istəyən çoxsaylı televiziya kanallarının hamısının istəyini təmin edə bilmərik. Bu imkan xaricindədir”.

Sədr xarici radioların, o cümlədən Amerikanın Səsi, Azadlıq və BBC radiolarının yerli tezliklərdə yayımının mümkün olmayacağını deyib.

“Bu məsələni artıq qapatmışıq. Azərbaycan yayım məsələsini hüquqi müstəviyə keçirib. İnternetin də sürətli inkişafını nəzərə alaraq vahid standart müəyyənləşdirmişik ki, yerli tezliklərdən yalnız milli yayımçılar istifadə edəcək”.

Amma, kabel televiziyalarında yayım bu yayımçıların daxili işidir və onlar üçün hər hansı məhdudiyyət yoxdur.
XS
SM
MD
LG