Accessibility links

Əl-Nüsrə-İslam Dövlətinin mötədil alternativi


Suriyanın Əl-Qaidə ilə əlaqəsi olan Əl-Nüsrə Cəbhəsi daha böyük baza təsis etməklə yanaşı, regional hökumətləri ən yaxın tərəfdaşı olduğuna razı salmağa çalışır. Bu qrup özünü İslam Dövlətinə mötədil alternativ hesab edir.

“İslam Dövləti ilə Əl-Qaidə arasında müharibə” adlı araşdırmalardan məlum olub ki, Əl-Nüsrə İŞİD kimi şəriət qanunlarının tətbiqindənsə, icmalar arasında körpü rolu oynamağa çalışır.

Əl-Nüsrə ilə İŞİD-in ictimai imicləri arasında böyük fərq var

Əl-Nüsrə yaraqlı qruplaşmalar arasında əməkdaşlığa üstünlük verməklə, lovğalıq və fərq qoymadan zorakılıqlara yol verən İslam Dövlətindən fərqlənir.

Araşdırmaların müəliffi David Qarstenşteynin dediyinə görə, Əl-Nüsrə ilə İŞİD-in ictimai imicləri arasında böyük fərq var.

“İslam Dövləti güclü olduğunu nümayiş etdirməklə, istəyini məcburi şəkildə digərlərinə yedirməyə çalışır. Əl-Nüsrə isə daha mötədil mövqedən çıxış etməklə, Yaxın Şərq ölkələri ilə əməkdaşlıq etmək niyyətindədir. Lakin qrupun amalı reallıqdan uzaqdır”-deyə David Qarstenşteyn Amerikanın Səsinə bildirib.

Zorakılıqlara göz yumulmamalıdır

Mötədillik maska altında Əl-Nüsrə şəriətin ifrat versiyasının tətbiqinə çalışılan Suriyada döyüşçülərinin qəddarlığı ilə fəxr etmir.

Beynəlxalq medianın diqqətini ekstremistlərə yönəltməsi Əl-Nüsrənin qəddar əməllərini arxa plana çəkir.

Keçən həftə qrupun döyüşçülərinin 56 Suriya əsgərinin qətlinə hazırlaşdığına dair şəkillər yayılıb.

İnternetdə bu görüntülər Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq direktoru, təqaüddə olan general Devid Petreasın Əl-Nüsrə döyüşçülərinin İslam Dövlətinə qarşı mübarizəyə cəlb edilməsini təklif etdiyi vaxta təsadüf edib.

Yalan strategiyası

Valens Global araşdırma mərkəzinin bildirdiyinə görə, Əl-Nüsrəyə belə bir münasibət onun sıralarına daha artıq döyüşçü cəlb etməsi və yerli əhali ilə inteqradiyasını təmin edə bilər. Əl-Qaidənin İraqda uğursuzluğu və ərəb baharının nəticələri cihadçı qrupun gizli səylərlə ön cəbhəyə çıxışına yol açıb.

Əl-Nüsrəyə belə bir münasibət onun sıralarına daha artıq döyüşçü cəlb etməsi və yerli əhali ilə inteqradiyasını təmin edə bilər

Araşdırmaçıların dediyinə görə, İŞİD-in yaratdığı olaylara diqqət verildiyi bir vaxt Əl-Nüsrə qrupunun formasını dəyişməsi Əl-Qaidənin uzun müddətdə xilasını təmin edə bilər.

“Əl-Nüsrə Cəbhəsi Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ABŞ-ın müttəfiqlərini İŞİD və Əsəd rejiminə qarşı mübarizədə tərəfdaş ola biləcəyini nümayiş etdirir” –deyə aradırmaçılar bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG