Accessibility links

ABŞ Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə təlim keçirir


ABŞ Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə təlim keçirir

Təlimlərdə gömrük əməkdaşları, hakimlər və prokurorlar iştirak edir

ABŞ-ın Azərbaycandakı səfirliyinin İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi İdarəsi oktyabrın 9-dan 13-dək Azərbaycan Dövlət Gömrük Komitəsinin 12 müstəntiqi, həmçinin 5 hakim və 5 prokuror üçün Kütləvi Qırğın Silahlarının Yayılmasının Qarşısının Alınması üzrə təlim keçirir.

ABŞ Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə təlim keçirir
ABŞ Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə təlim keçirir

Bu gün keçirilən açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini icra edən Karter Vilbör bildirib ki, İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı Azərbaycan hökuməti ilə uzun müddətli əməkdaşlıq edir.

"Bizim ortaq məqsədimiz kütləvi qırğın silahlarının qarşısının alınmasıdır. Bu təlim ölkələrimizin bu səylərə uzunmüddətli sadiqliyini göstərir. EXBS 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir və bu müddətdə 26,3 milyon dollar məbləğində təlim, avadanlıq və yardım göstərib”.

Onun fikrincə, Azərbaycan kütləvi qırğın silahlarının qeyri-qanuni ticarətinin qarşısının alınmasında sadiqliyini sübut etmiş tərəfdaşdır.

“ABŞ DaxiliTəhlükəsizlik Nzirliyi, Ədliyyə Nazirliyi, Milli Nüvə Təhlükəsizliyi Administrasiyasından təlimçilər qurpr buradadır. 0nlar kütləvi qırğın silahları ilə bağlı halların tədqiqatı və təqibi üzrə zəngin məlumat və təcrübəyə amlikdirlər”K.Vilbör qeyd edib

ABŞ Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə təlim keçirir
ABŞ Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə təlim keçirir

Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin rəisi müavini Şahin Bağırov bildirib ki, Azərbaycan kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında ABŞ və dünya təcrübəsini öyrənməkdə maraqlıdır: "Bu təlim bizim istintaq orqanlarımız üçün önəm kəsb edir. Əminəm ki, onlar burada öyrəndikləri təcrübəni gələcək fəaliyyətlərində tətbiq edəcəklər".

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müevini Şahin Bağırov bildirib ki, Azərbaycan terordan əziyyət çəkən ölkədir və hokumət kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasındaardıcıl mübarizə aparır.

“Bir neçə il əvvəl kütləvi qırğın silahlarının komponentlərinin yayılmasının qarşısını almışıq. Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq aləmdə hüvə silahlarının yayılmasına qarşıdır”,

ABŞ Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə təlim keçirir
ABŞ Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə təlim keçirir

Sədr müavinin fikrincə, təlim kütləvi qırğın silahları ilə bağlı faktların qeydəı alınması və bu sahədə tədqiqatların aparılmasının təşkili ilə bağlı mühüm bilgilər verəcək.

Təlimləri Ukraynadan nüvə fizikası üzrə elmlər doktoru, ixraca nəzarət üzrə ekspert, ABŞ Enerji Departamentinin texniki eksperti, ABŞ Daxili Təhlükəsizlik Departamentinin İstintaq idarəsinin əməkdaşı, Vaşinqton Prokurorluğunun İxraca Nəzarət İdarəsinin rəhbəri keçirir.

XS
SM
MD
LG