Accessibility links

Nyu-Yorkda terror hücumu həyata keçirən şəxslə bağlı sorğu-sual davam edir [Video]


Nyu-Yorkda terror hücumu həyata keçirən şəxslə bağlı sorğu-sual davam edir
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Bazar ertəsi Manhettanın insanların çox olduğu yerdə bonba hücumu həyata keçirməkdə şübhəli bilinən Banqladeş mühaciri, hazırda Nyu-York sakini olan Akayed Ullah barədə sorğu-sual davam edir. Hücumdan sonra Ağ Ev “zəncir miqrasiyası”na son qoyulması ilə bağlı məsələni yenidən qaldırıb.

Əslən Banqladeşdən olan 27 yaşlı Akayed Ullah səhər saatlarında Nyu-Yorkun insanların gur olduğu “Port Authority Bus Terminal”I ilə Times Square meydanını birləşdirən yeraltı keçiddə əldəqayırma boru bombasını partlatmağa cəhd göstərib.

Hücumçu hüquq-mühafizə orqanlarının İslam Dövlətindən ilhamlandığını deyən və Birləşmiş Ştatlara 2011-ci ildə, prezident Trampın ləğv etmək istədiyi “ailə ilə birləşmə” kimi tanınan F-4 vizası ilə gələn şəxsdir. Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders: “Prezidentin siyasəti “zəncirvari viza”nı ləğv etməkdir. Bu viza olmasaydı, belə şəxslər Birləşmiş Ştatlara gələ bilməzdi. Buna görə də prezident belə bir təcavüzkar immiqrasiya islahatına son qoyacaq.”

Banqladeşin ABŞ-dakı səfirliyi hücumu qınayıb və hücumda şübhəli bilinənlərin ədalət məhkəməsi qarşısına çıxarılmalı olduğunu deyib. Onun Bruklindəki mənzili önündə polis və media işçilərinin toplaşmasına baxmayaraq, çoxmillətli bu məhəllədə sakitlikdir.

Qonşuluqda yaşayan, dülgər Alan Butriço qeyri-adi bir şey görmədiyini deyir. “O, çox sakit qonşu idi. Bizim onunla heç vaxt sözümüz olmayıb. O, küçəyə çıxar, çörək və ərzaq dükanlarına, yaxınlıqdakı parka gedərdi. Yəni sakit idi, heç kəslə söhbət etməzdi, utancaq bir adam idi.”

Yanıqlar alan şübhəli Manhettanın Belvyu xəstəxanasında müalicə olunur. Partlayış zamanı yaxınlıqda olan 3 nəfər başağrısı və qulaq cingiltisi kimi yüngül xəsarətlər alıb.

Hadisənin baş verdiyi ərazidə nəqliyyatın normal hərəkəti axşam bərpa olunub. Hadisə yerli sakinlərdən bəzilərini sarsıdıb. “Qorxu Nyu-Yorkda yaşayanlarda həmişə var. Hər hansısa qeyri-adi səs səni diksindirir və sən ətrafa baxmağa başlayırsan ki, qaçıb gizlənəsən, ya yox” deyə, Nyu-York sakini Laura Qonzales bildirir.

Akayed Ullah
Akayed Ullah

Nyu-Cersi sakini isə bunları deyir: “Mən qorxmuram. Onlar öz əməllərindən əl çəkməyiblər, çünki 11 sentyabr hadisələrindən bəri onlar heç bir nailiyyət əldə etməyiblər.”

Bu, Nyu-Yorkda son iki ayda həyata keçirilən ikinci terror hücumudur və Nyu-York metrosunda ilk bomba hücumu 23 il əvvəl olmuşdu.

XS
SM
MD
LG