Accessibility links

Nyu York rəsmiləri şəhərdə tıxac və avtomobil emissiyalarını azaltmağa çalışır


Nyu York rəsmiləri şəhərdə tıxac və avtomobil emissiyalarını azaltmağa çalışır
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Nyu York rəsmiləri şəhərdə tıxac və avtomobil emissiyalarını azaltmağa çalışır

Nyu-York rəsmilərinin tıxac və avtomobil emissiyalarını azaltmaq səyləri qonşu Nyu-Cersi ştatı ilə münasibətlərdə gərginlik yaradıb.

Nyu-York şəhəri havanın keyfiyyətini yaxşılaşdırmaq və tıxacları azaltmaq üçün Manhettenin mərkəzinə daxil olan sürücülərin gündə 23 dollara qədər pul ödəmələrini planlaşdırır.

Bu, tam olaraq yeni bir fikir deyil. 2007-ci ildə Nyu York şəhərinin meri Maykl Blumberq sürücülərdən tıxac saatlarında şəhərin ortasından keçmək üçün 8 dollar rüsum almağı təklif etmişdi. Həmin vaxt bu plan ştat assambleyasında qəbul edilməmişdi.

Daha sonra 2019-cu ildə bələdiyyə başçısı Bill de Blasio və qubernator Mario Kuomo Manhettendə tıxacları məhdudlaşdırmaq və şəhərin ictimai nəqliyyat sisteminin modernləşdirilməsinə yardım etmək, hər il milyardlarla dollar vəsait toplamaq üçün şəhərə daxil olan sürücülərdən alınacaq rüsumları dəstəklədilər. Lakin ideyanın həyata keçirilməsi bürokratik əngəllərlə üzləşib.

Ştatlardan federal pulla tikilmiş yollardan istifadə üçün rüsum almaq tələb olunurdu. Və bu fikir COVID-19 pandemiyası və Donald Tramp administrasiyası zamanı təsirini itirdi.

Lakin plan Bayden administrasiyası dönəmində yenidən canlandırıldı və iyun ayında Nyu-York tıxac qiymətləri ilə bağlı plan üçün federal dövlətdən icazə aldı. Nəqliyyatın Mobilliyi üzrə Müşahidə Şurasından Karl Vaysbrod: "Tıxaclar böyük problemdir və tıxacın həlli iqtisadiyyat üçün yaxşı olacaq. Nəticədə maşın sürən və pul ödəyənlər üçün yaxşı olacaq, çünki onlar şəhərin mərkəzinə çata və orada daha sürətlə hərəkət edə biləcəklər."

Ancaq bundan hamı razı deyil. Keçən həftə Nyu Cersi ştatı Nyu York şəhərinin proqramını nəzərdən keçirən və təsdiqləyən Federal Avtomobil Yolları İdarəsini məhkəməyə verdi. İddiada deyilir ki, bu, bütün bu sürücülərin Nyu Cersiyə gedəcəyi, ətraf mühitə ziyan vuracağı və gündəlik iş üçün Manhettenə gedən yüz minlərlə Nyu Cersi sakininin cibindən pul çıxaracağı deməkdir.

Taksi sürücüləri də yeni planın əleyhinədir. Sürücü Kristofer Qarsia: "Bu, biznesə çox zərər verəcək. Təəssüf ki, bunu biz sürücülərə edirlər. Biz planın bir hissəsiyik - insanları və hər şeyi nəql edirik. Düşünürəm ki, onların bizə heç bir hörməti yoxdur."

Sürücü Ənvər Məlik: "Bu, bizim günahımız deyil və bizi bundan azad etmələrini xahiş edirik. Biz bura həzz almağa gəlmirik. Biz insanları A nöqtəsində götürür, B nöqtəsinə çatdırır, sonra isə götürüb geri aparırıq. Sürücülər başqa vergi ödəyə bilməz. Bu, qanunsuzluqdur. Biz artıq vergi ödəyirik. Siz bizim üzərimizə ikinci vergi qoya bilməzsiniz".

Sürücü Pedro Akosta: "Biz tıxac ödənişinin əleyhinə deyilik, çünki başa düşürük ki, bu edilməlidir. Şəhər irəli getməlidir. Amma bizdən çox pul istəyirlər. $23 dollar çox puldur, onu ödəyə bilmərik".

Hələ müzakirə olunan ödəniş $9 ilə $23 dollar arasında dəyişə bilər. Tıxac qiymətləri 2024-cü ilin baharında qüvvəyə minməlidir.

XS
SM
MD
LG