Accessibility links

The New York Times: Azərbaycan Qərblə hesablaşmır


The New York Times qəzeti Avrasiyada hərbi və təhlükəsizlik məsələlərindən yazan jurnalist Joshua Kucera-nın Azərbaycan-ABŞ münasibətlərinə dair şərhini dərc edib.

Müəllif yazır ki, Xədicə İsmayılovanın həbsi və Bakı bürosunun bağlanması Azərbaycanda alternativ fikirlərin daha da məhdudlaşdırılmasıdır:

"Ancaq bütün bunlar eyni zamanda Xəzər regionunun geosiyasətində ciddi dəyişikliyi – hökumətin Vaşinqtona artan düşmənçiliyini göstərir.

Moskvanın hazırkı geosiyasi mövqeyi müvəqqətidir. Bakıda rusiyayönlü qüvvələr baş qaldırsa da, digər güclü bloklar Qərblə daha yaxın münasibətlərin tərəfdarıdır

Bakının Qərbə doğru oriyentasiyası əsasən iki prioritetə söykənib: hakimiyyətin saxlanması və Dağlıq Qarabağın geri qaytarılması.

Ancaq Rusiyanın yeni xarici siyasəti Avrasiyada strateji mənzərəni dəyişdirdiyi bir vaxtda Bakı da Qərblə münasibətlərinin bu məqsədlərə çatıb-çatmamasını götür-qoy edir", - deyə müəllif yazır.

Joshua Kucera-nın fikrincə, Birləşmiş Ştatlar Bakının "şantajına təslim olmamalıdır". Risk böyükdür: Vaşinqton Rusiyanı iqtisadi cəhətdən təcrid etmək istəyir, Azərbaycan qazı isə avropalı alıcılar üçün Rusiya ilə rəqabətdə daha vacib alternativə çevrilib. Və Bakının geosiyasi mövqe dəyişikliyi də Dağlıq Qarabağda müharibənin qızışmaması üçün kövrək tarazlığı poza bilər:

Rəsmi Bakıdan anti-Amerika mesajları gözlənilməz deyil, amma İlham Əliyev hökumətinin Kremlin tonuna uyğun olaraq Amerikanı tənqid etməsi orientasiyanın Moskvaya yönəldiyinə işarə edir.

"Ancaq Vaşinqtonun Rusiyaya qarşı dəstək toplamaq naminə prinsiplərini qurban verməsi ağılsızlıq olardı. Moskvanın hazırkı geosiyasi mövqeyi müvəqqətidir. Bakıda rusiyayönlü qüvvələr baş qaldırsa da, digər güclü bloklar Qərblə daha yaxın münasibətlərin tərəfdarıdır".

İnsan haqları və demokratiyanı, eləcə də AzadlıqRadiosunu müdafiə etməsə, Birləşmiş Ştatları zəif görünər, və bu hal onun tərəfdarlarını da zəiflədər."

XS
SM
MD
LG