Accessibility links

Məhkəmə: Məscidə icazə verməyən ABŞ şəhəri $3.25 milyon təzminat ödəməlidir


Nyu Cersi ştatında yerləşən şəhər hökuməti məscid inşasına icazə vermədiyinə görə İslam qrupuna $3.25 milyon dollar ödəməlidir. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Məhkəmə razılığına əsasən qrupa məscid tikməyə icazə veriləcək və şəhər hökuməti zona məhdudiyyətlərini aradan qaldırmağa razılıq verib.

Federal hakim şəhər hökumətinin keçmişdə başqa heç bir dini qrupa qarşı bu cür arqumentlərin irəli sürülmədiyi qənaətinə gəlib.

Bernards qəsəbəsinin Basking Ridge İslam Cəmiyyəti ötən il qrupun məscid inşası ilə əlaqədar xüsusi zona qaydalarının tətbiq olunduğundan şikayət edərək əsas məqsədin məscid tikilməsinin qarşısını almaq olduğunu iddia etmişdi. Ədliyyə Nazilriyi də şəhəri məhkəməyə verərək qrupa qarşı dini ayrıseçkilik edildiyini bildirmişdi.

$3.25 milyon dollar həcmində mükafat cəmiyyəti təmsil edən vəkillərlə paylaşılacaq. Vəkillərə gördüklərə işə görə $1.75 milyon, qrupa isə dəyən ziyana görə $1.5 milyon dollar düşür.

Bernards qəsəbəsinin meri Karolin Qaziano və şəhəri təmsil edən vəkillər media sorğularına cavab verməyiblər.

Baskins Ridge zonasında çox sayda müsəlmanlar yaşayır.
Baskins Ridge zonasında çox sayda müsəlmanlar yaşayır.

Şəhər rəsmiləri ilk əvvəl məscidə qadağanın legitim torpaq istifadəsi və təhlükəsizlik narahatlıqları əsasında qoyulduğunu söyləmişdilər.

Bu əsaslandırmanı rədd edən federal hakim şəhər hökumətinin keçmişdə başqa heç bir dini qrupa qarşı bu cür arqumentlərin irəli sürülmədiyi qənaətinə gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-ın Müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir
please wait

No media source currently available

0:00 0:11:39 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG