Accessibility links

Nyu Yorkda göydələnin damına dəyən vertolyot pilotu həlak olub


Nyu York şəhərində Manhattan göydələninin damına dəyən vertolyotun pilotu həlak olub.

Yanğınsöndürmə departamentinin bildirdiyinə görə, vertolyotda başqa heç kəs olmayıb.

Qəzaya uğrayan vertolyot alovlansa da, onu tez bir zamanda söndürməyə nail olunub.

Binadakı insanlar arasında xəsarət alan yoxdur.

Şahidlərin paylaşdığı videolarda binaya zərər dəymədiyi görünür.

XS
SM
MD
LG