Accessibility links

Deba Nyu York Marafonunun favoritidir [Video]


Sərin bir Bronks səhərində Buzuhneş Deba öz həyat yoldaşı ilə birlikdə parkın ətrafında qaçaraq dövrə vurur. Burada onları parka təmiz hava almaq üçün gələn yerlilərlə səhv salmaq mükündür. Lakin, Deba Nyu Yorkun ən sürətli qaçan qadınıdır.

Milliyətcə Efiyopiyadan olan Deba Nyu York marafonunda iki dəfə iştirak edib. O ümid edir ki, bu il birinciliyə sahib olacaq.

Noyabr ayının 5-ində baş tutacaq və dünyanın müxtəlif yerlərindən olan 50000-dən çox iştirakçının qatılacağı gözlənilən Nyu York şəhər marafonu dünyanın ən böyük marafon hesab edilir.

47 illik marafon tarixində heç bir zaman Nyu Yorklu qadın yarışın qalibi ola bilməyib. Deba bir ilkə imza atmağa çox yaxındır.

Həyat yoldaşı olmaqdan əlavə bir çox titullara sahib Vorku Beyi Debanı qalib olmağa cəsarətləndirir.

İlk Nyu York marafonuna çıxacaq təcrübəli idmançı Fikadu üçün də bu yarış ciddi rəqabət şəraitində keçəcək. Buna baxmayaraq o, Debanın qalib olmağını istədiyini etiraf edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG