Accessibility links

Sendinin fəsadlarının seçkilərin nəticəsinə təsiri narahatlıqlar doğurur


Nyu-York və Nyu-Cersinin Sendi qasırğasının dağıdıcı təsirinə məruz qalması sakinlərin səsvermə fəallığına mənfi təsir göstərir. Sendi qasırğasının fəsadları seçkilərin nəticələrinə təsir etməsi narahatlıqlar doğurur. Bir çoxları problemlərə görə səsverməyə vaxtları olmadığından şikayətlənir.

Hər iki ştat qeydiyyat yerindən asılı olmayaraq seçicilərin istənilən səsvermə məntəqəsində səs verməsinə icazə verib. Nyu-Cersidə insanlar elektron poçtu və faksla səs verə bilər.Lakin işığı olmayan sakinlərə bu üsul yardım etmir.

Nyu-York şəhərində secilərin səsvermə məntəqələrinə daşınması üçün xüsusi avtobuslar xidmət göstərir.

Nyu-Cersidə isə seçki qutuları sığınacaqlara aparılır.

Bu gün ABŞ prezidenti seçki gününə baxmayaraq, administrasiyası ilə qasırğadan sonrakı işləri müzakirə edir. Ağ Evin bəyanatımda bildirilir ki, 263 min insan federal yardımlara müraciət edib. Qasırğa 100 adamın ölümünə və 50 milyard dollarlıq ziyana səbəb olub.
XS
SM
MD
LG