Nyu-York metrosu dünyanın ən iri metro sistemlərindədir. Hər həftə metrodan səkkiz milyon 500 minə yaxın insan istifadə edir. Zibilli və tozlu metroda qatar səsləri ilə birlikdə musiqi səsləri də eşidilir. İstər qış, istəsə yayda, fəslində asılı olmayaraq hər gün Nyu-York metrosunda müxtəlif musiqi növlərini pulsuz dinləmək olur.
Trinidad və Tabaqodan olan mühacir Raul Mitçel 1990-cı illərdən bəri metroda zərb aləti çalır. “İnsanlar musiqiyə qiymət verir. Onlar musiqini dinləmək üçün ətrafa tolaşaraq, alqışlayır, bəziləri pul verir və mənə bunun çox gözəl olduğunu deyirlər.” - deyə, o bildirir.
Müğənni və bəstəkar Rosa-Tereza da burada uzun ilərdir çıxış etdiyini deyir: “Mən Puerto-Pikoda günəşi oyadan Hulqiero quşu kimi oxumağa çalışıram.”
Mitçel və Rosa-Tereza təkbaşına fəaliyyət göstərirlər. Lakin onlar Nəqliyyat Sistemi rəsmilərinin “Nyu-York altında musiqi” adlı proqrama sponsorluq edirlər. Bu proqrama əsasən həftədə 150-dan artıq musiqiçinin konserti təşkil edilir. Dinləyicilərə isə sevdikləri musiqiyə pul vermək imkanı verilir.
“Opera kollektivi” qrupundan olan Patrisia Vital və Tom Maknikols metroda çıxış etməyi sevdiklərini deyirlər. “Ümumiyyətlə musiqi pul üçün deyil. Nyu-York altında operanı hamı üçün mümkün etməkdir." deyə, Tom Maknikols bildirir
Xalq mahnıları ifaçısı Vendi Seyvitz metro stansiyalarında artıq 22 ildir çıxış edir. O, metrodakı çıxışı ilə Ağ Evdə çıxış edə biləcəyi qədər fəxr etdiyini deyir. “İnsanlar başa düşməlidirlər ki, biz bunu sevdiyimiz üçün edirik.”
Seyvitz və onun partnyoru metro musiqiçiləri haqda tamaşa hazırlayır. Onlar belə musiqiçilər haqda mövcud olan təsəvvürü dəyişməyə çalışır. “Biz daha metroda çalmaq irətməyəcəyimizi demərik, biz insanların “metrodakı musiqi çox gözəldir” demələrini istəyirik.”
Çox sayda insan metrodakı musiqidən xoşları gəldiyini deyir. İnsanların musiqini dinləmək üçün bir anlıq dayanmaları, bəzən rəqs etmələri, yeniyetmələrin jaza qulaq asmaları belə həmişə məşqul olan Nyu-York şəhərinin sakinkləri üçün yetərlidir.