Accessibility links

Nyu-Yorkun Bronks məhəlləsində yanğın baş verib.

Yanğınsöndürmə idarəsinin bildirdiyinə görə, yanğınsöndürənlər də daxil olmaqla, 23 nəfər xəsarət alıb. Təhqiqatçılar yanğının səhər saat 5:30-da mebel dükanının birinci mərtəbəsində baş verdiyini deyib.

İnsanlar yuxarı mərhəbələrdəki yaşayış kompleksindən qaçmağa nail olub. Onlar arasında ayaqqabısız və köynəksiz bir şəxs də olub.

Erika Ortiz adlı sakin qaçmaq üçün pəncərəni aça bilmədiyini deyib.

Yanğınla mübarizəyə 200-dən artıq yanğınsöndürən cəlb edilib.

Hadisə Nyu-Yorkda 12 nəfərin ölümü ilə nətivcələnən yanğından bir neçə gün sonra baş verib.

XS
SM
MD
LG