Accessibility links

Nyu-Yorkudakı Mərkəzi Parkda partlayış baş verib


Gənc turist bazar günü Nyu-Yorkun məşhur Central Parkında gəzərkən təsadüfən üzərinə çıxdığı partlayıcı cihazın partlaması nəticəsində ayağının bir hissəsini itirib.

Nyu-York Polis Departamentinin rəisinin bildirdiyinə görə partlayıcı cihazın atəşfəşanlıq maddəsi və ya evdə düzəldilmiş partlayıcı maddə olduğundan şübhələnilir. O, bu maddələrin hansısa təcrübə məqsədi üçün qoyulduğunu ehtimal edir.

Polis deyir ki, 18 yaşlı Konner Qolden Virciniya ştatının Fairfax şəhərində kollec tələbəsidir. O, hazırda Bellevue xəstəxanasında müalicə olunur.

Rəsmilər partlayışın terrorismlə əlaqəli olduğuna dair heç bir sübutun və Nyu-York şəhərinə qarşı 4 iyul həftə sonu üçün heç bir təhdidin olmadığını bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG