Accessibility links

ABŞ-ın ərzaq bankları və digər təşkilatları yardım kampaniyalarına başlayıb


ABŞ-ın ərzaq bankları və digər təşkilatları yardım kampaniyalarına başlayıb
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Hökumətin hələ də qismən bağlı qalması və federal işçilərin hələ də maaşlarını almaması səbəbindən ölkə boyu ərzaq bankları və digər təşkilatlar yardım kampaniyasına başlayıb.

Barklay Mərkəzinə gələn insanlar evlərinə “Stop and Shop“ marketinin ianə etdiyi makaron, kolbasa, toyuq və süd məmulatları ilə qayıdır.

Belə bir yardım Nyu-York şəhərinin ərzaqa ehtiyacı olan sakinlərinə təcili yardım göstərən “Food Bank for New York City” təşkilatı tərəfindən təşkil edilib. Təşkilatın işçisi Fransisko Tezen: “Biz hökumətin bağlanması səbəbindən ehtiyacı olan ailələrə, bundan əvvəl heç vaxt ərzaqa ehtiyacı olmayan ailələrə yardım etməyə çalışırıq.”

İnsanlara ərzaq yardımı edilməsi üçün idman və əyləncə yeri olan Barklay Mərkəzi seçilib. “Biz stiqmaların mövcud olduğunu bilirik. İnsanlar təcili ərzaq yardımı və digər dəstək almalarından çəkinirlər. Buna görə də düşündük ki, Nyu-Yorkun tanınmış məkanını seçdik. İnsanlar əvvələr də gəldiyi bu yerdə oyun oynaya, konsert dinləyə bilər. Bundan sonra onları təcili ərzaq şəbəkəsi ilə tanış edirik."

İlk bir saat ərzində bu, quru ərzaq malları ilə dolu paketlər, süd və çörək qoyulmuş masalara müvəqqəti məzuliyyət göndərilən 150 nəfərə qədər insan yaxınlaşıb. Onların hamısı bu ərzaqın onlara böyük köməyi olacağını deyıb. Aeroport işçisi Elizabet Ford: “Barklay Mərkəzində təşkil edilən bu yardıma görə təşəkkür edirəm. Çünki artıq mənim və uşağım üçün bir neçə günlük yeməyim var.”

Federal işçi Adler Kanalis: “Bizim biz az əmanətimiz var, yəni çox az bir müddətə çata biləcək qədər. Lakin hökumətin bağlanması bir aydan çoxdur davam edir və yığdığım pullar gündən-günə azalır.”

Təşkilatçılar isə hökumətin qismən bağlanması davam edərsə, Nyu-York boyu fərqli yerlərdə işçilərə əsas qida məhsulları paylanmasının hər həftə davam etdiriləcəyini deyir.

XS
SM
MD
LG