Accessibility links

Nyu York şəhərində qanlı insident


Nyu Yorkda Dünya Ticarət Mərkəzinin yaxınlığında maşını velosiped cığırına sürən şəxs bir neçə adamı vurub.

Vurulmuş velosipedlərin yanında azı iki adamın cansız uzandığı müşahidə olunub.

Nyu York polisi Tvitterdə bir adamın həbs olunduğunu xəbər verib.

Rəsmilər zədələnmiş məktəb avtobusu yaxınlığında insidentə reaksiya verirlər. Nyu York. 31 oktyabr, 2017.
Rəsmilər zədələnmiş məktəb avtobusu yaxınlığında insidentə reaksiya verirlər. Nyu York. 31 oktyabr, 2017.

Departament yaralanan insanların maşınla yaxud güllə ilə vurulduğunun aydın olmadığını bildirir.

Chambers küçəsində Uber maşınında gedən sərnişin maşın vurduqdan sonra qanı axan bir neçə adamı gördüyünü deyib.

Başqa şahid maşının mikro-avtobus və başqa avtomobillə sonradan toqquşduğunu əlavə edib.

Polisin yaxın saatlarda brifinq keçirəcəyi gözlənilir.

XS
SM
MD
LG