Accessibility links

COVİD-19-a yoluxmuş bəzi uşaqlarda nadir xəstəliyin simptomları aşkar edilib


Nyu-York şəhərinin səhiyyə komissarı çərşənbə axşamı koronavirusa yoluxmuş bəzi uşaqlarda Kavasaki xəstəliyi kimi tanınan nadir bir xəstəliyin aşkar edildiyini bildirib.

"Xəstəlik erkən müəyyən edilərsə, müalicə olunur və ümumiyyətlə uzunmüddətli fəsadları olmur" - deyə, Nyu-York şəhərinin səhiyyə üzrə komissarı, doktor Oksiris Barbot jurnalistlərə bildirib.

"Lakin sindrom erkən müəyyənləşdirilmədiyi təqdirdə, çox hallarda ürəklə əlaqədar xəstəliklərlə nəticələnə bilər" - deyə, o əlavə edib.

Şəhərin Səhiyyə İdarəsi son iki həftə ərzində 2 yaşla 15 yaş arasında 15 uşağın Kavasaki diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirib. Onlardan dördünün COVID-19-a yoluxduğu müəyyən edilib. Digər 11 nəfərdə koronavirus olmasa da, 6 nəfərdə COVID-19 antitelləri tapılıb, bu isə onların virusa əvvəllər yoluxduğuna işarə edir. Uşaqlardan 5-nin ventilyatorla nəfəs almasına ehtiyac duyulub. 15 uşağın hamısı sağ qalıb.

Barbot ABŞ-ın şimal-şərqindəki Filadelfiya və Boston şəhərlərində də az sayda Kavasakı hallarının olduğunu deyib. Britaniya həkimləri də uşaqlarda Kavasaki simptomlarını sənədləşdirir.

"Hələ nə edəcəyimizi bilmirik. Biz hələ də yalnız sağlamlıq baxımından deyil, klinik baxımdan da hər gün COVID-19-un özünü necə aparacağını öyrənməyə çalışırıq" - deyə, səhiyyə komissarı bildirib.

Barbot bir neçə gün yüksək qızdırma, gözlərin qızarması, bədəndə səpki, qarın ağrısı, əl və ayaqların şişməsi, dodaqlar və dilin "çiyələk dili" adlanan qızarması kimi əlamətlərin Kavasaki simptomları olduğunu deyib. Kavasaki adətən immunoqlobulin və aspirinlə müalicə olunur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG